"Azərbaycanda dolların ucuzlaşması davam edəcək"
Azərbaycanda ABŞ dollarının ucuzlaşması prosesi davam edəcək. Buna səbəb kimi qlobal bazarda neftin qiymətinin may ayından etibarən gözlənilən bahalaşması, Bakıda keçirilən beynəlxalq tədbirlərin turist axınını gücləndirməsi və ümumiyyətlə, turizm mövsümünün başlaması, sərt monetar siyasət nəticəsində dollara tələbatın azalması amillərini göstərmək olar.
Hazırda valyuta bazarında maraqlı paradoks yaranıb. Belə ki, Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə keçirdiyi son valyuta hərracında rəsmi məzənnə dəyişməyərək 1,7025 AZN/USD səviyyəsində qalıb. Hərracda kommersiya banklarının iştirak etdiyi bildirilir: "Lakin, hazırda nağd valyuta bazarında dollar bir çox bankda rəsmi məzənnədən aşağı satılır. Bu proses bir neçə həftədir davam edir. Hətta, bir müddət əvvəl kommersiya banklarının dolları rəsmi məzənnədən 3%-dən də çox aşağı satdığı müşahidə edilib. Yəni, başqa sözlə, banklar zərər edir və ya gözləntilərlə əlaqədar nagd satış məzənnəsini aşağı salmaq məcburiyyətindədir".
Cari vəziyyət təhlil edilərək bildirilir ki, kommersiya banklarının dolları rəsmi məzənnədən ucuz satmasına səbəb dolların məzənnəsinin gələcəkdə ucuzlaşması gözləntilərinə bağlıdır: "Yay aylarında nağd dolların orta məzənnəsinin 1,60 AZN/USD səviyyəsinə qədər geriləyəcəyi proqnozlaşdırılır".
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 2 d. əvvəl
- 26 d. əvvəl
- 30 d. əvvəl
-
35 d. əvvəl
Bank VTB (Azərbaycan)-ın dəstəyi ilə Bakıda səhnəyə çıxıblar
- 51 d. əvvəl
-
57 d. əvvəl
Moskva birjasında hərracların açılışında dolların məzənnəsi dəyişməyib
-
1 saat əvvəl
Azərbaycanın metallurgiya şirkəti Tacikistanın dövlət müəssisəsilə anlaşıb
-
1 saat əvvəl
İri şirkət müxtəlif vəzifələr üzrə işçi qəbuluna start verdi - 50 -DƏN ÇOX İŞÇİ TƏLƏB OLUNUR
-
10 saat əvvəl
Yüksək, orta və aşağı şikayətlərin olduğu bankların adları açıqlandı
- 12 saat əvvəl
-
13 saat əvvəl
Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb