"Fitch" "OPEC+" qərarının neft bazarına müsbət təsir edəcəyini gözləyir
"OPEC+" (OPEC-in (Neft İxrac Edən Ölkələr Təşkilatı) və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaldılması üzrə təşəbbüs) ölkələrinin yanvar ayından etibarən gündəlik neft hasilatını 500 min barel artırmaq qərarı, böyük ehtimalla, bazar üçün müsbət haldır və ona defisit vəziyyətində qalmağa imkan verəcək.
Bu barədə RİA "Novosti"yə "Fitch" reytinq agentliyinin təbii ehtiyatlar və xammallar üzrə qrupunun direktoru Dmitri Marinçenko deyib.
"500 min barellik istehsal artımı yeni razılaşmalar olmadığı təqdirdə bazara daxil olacaq həcmdən dörd dəfə azdır. Buna görə də, tələb və təklif tarazlığı nöqteyi-nəzərindən bu qərara müsbət baxılmalıdır. Bazar, çox güman ki, kiçik defisit vəziyyətində olacaq, bu da anbarlarda toplanmış artıq neft ehtiyatlarının həcminin tədricən azalmasına imkan verəcək", - deyə D. Marinçenko qeyd edib.
Xatırladaq ki, OPEC üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln. barel azaldılması və "OPEC+" nazirlərinin hər ay keçiriləcək görüşləri vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması şərti ilə aylıq tənzimləməsi barədə qərar qəbul edilib. Bu qərarı Azərbaycan da dəstəkləyib.
Beləliklə, gələn ilin yanvar ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel, qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni "Əməkdaşlıq Bəyannaməsi"nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın öhdəliyi 123 min barel olacaq. Yəni yanvarda Azərbaycan gündəlik xam neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel səviyyəsində saxlamalıdır.
Qeyd edək ki, aprel ayının 12-də "OPEC+" ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını nəzərdə tuturdu.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
9 saat əvvəl
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"LEGIS Hüquq Forum"u çərçivəsində “LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib
Azərbaycan neftinin son qiyməti
Noyabrın son günü gözlənilən hava açıqlanıb
Qızılın qiyməti yenidən 4200 dolları keçdi
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“PAŞA Bank” yeni kredit məhsulunu bazara çıxardı
8-ci “Zeekr 001”i Bəxtiyar Süleymanov qazandı


















.jpg)



.jpg)



