Dünya banklarında son 5 ilin ən böyük ixtisarları qeydə alınıb
2020-ci il dünya banklarının son 5 il ərzində işçilərini ən çox ixtisar etdiyi dövr olub.
Bu barədə "Bloomberg" öz hesablamalarına istinadən xəbər verir.
Banklarda işçi ştatının kəskin azalmasının COVID-19 pandemiyasının biznesə yaratdığı təzyiq nəticəsində baş verdiyi bildirilir. İxtisarlar planları haqqında sonuncu dəfə məlumat verən Niderlandın "ABN Amro Bank"ı və İspaniyanın "Banco de Sabadell" bankları olub. Sözügedən banklar ümumən 4,6 minə yaxın işçisini azad etmək niyyətindədir.
Qeyd edək ki, "Bloomberg"in hesablamalarına görə, cari ildə dünya banklarında ümumi ixtisarlar 85,54 minə çatıb. Regionlara gəldikdə, bu il Avropa banklarında 68,82 min, Asiya-Sakit okean regionunda 9,33 min, Şimali Amerikada isə 5,96 insan işindən məhrum olub.
Xatırladaq ki, Azərbaycanda bu il ərzində bank işçilərinin sayı 924 nəfər azalaraq oktyabrın 30-na 18 536 nəfərə enib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 gün sonra
Kapital bazarlarında növbəti yenilik - İlk zamanətli istiqrazlara investisiya fürsəti
-
8 saat əvvəl
Xam neft hasilatı 2026-cı ilin sonuna qədər sabit saxlanılır - Azərbaycan qərarı dəstəklədi
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dənizdə külək enerjisi layihəsinə dair İcra Müqaviləsi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"LEGIS Hüquq Forum"u çərçivəsində “LEGIS”lation qanunvericiliyə dəyişiklik layihəsinə start verildi
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
OMİD Binədə yeni mağazasının təntənəli açılışını qeyd edib
Azərbaycan neftinin son qiyməti
Noyabrın son günü gözlənilən hava açıqlanıb
Qızılın qiyməti yenidən 4200 dolları keçdi
Bir müddətlik fasilədən sonra yenidən fəaliyyətə başlayıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“PAŞA Bank” yeni kredit məhsulunu bazara çıxardı
8-ci “Zeekr 001”i Bəxtiyar Süleymanov qazandı





















.jpg)

