Azərbaycanın icbari sığorta bazarı yanvar-oktyabrda 5%-dən çox artıb
Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 193 milyon 151,9 min manat həcmində sığorta haqqı yığılıb.
Azərbaycan Mərkəzi Bankın (AMB) statistikasına görə, bu müddət ərzində şirkətlər tərəfindən icbari sığorta növləri üzrə 56 milyon 96,3 min manat ödəniş həyata keçirilib.
Məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta yığımları 5,3% artıb, ödənişlər isə 14,8% azalıb.
Bu müddətdə icbari həyat sığortası üzrə yığımlar illik müqayisədə 18,4% artaraq 45 milyon 296,1 min manat, ödənişlər isə 14,4% azalaraq 2 milyon 83,6 min manat təşkil edib.
Qeyri-həyat sığortası növləri üzrə isə hesabat dövründə 147 milyon 855,9 min manat sığorta haqqı yığılıb, 54 milyon 12,7 min manat həcmində ödəniş edilib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 1,8% artım və 14,8% azalma deməkdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
APA
Müştərilərin xəbərləri
Subway Azərbaycan bazarına daxil oldu: şirkətin EMEA regionu üzrə rəhbərliyi planlar haqqında danışdı - FOTO
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
28 d. əvvəl
Botanica Residence-in rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası
-
- 45 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"İstehsal tələbdən yüksək olduğu üçün Azərbaycanda yumurta ucuzlaşır"
- 1 saat əvvəl
-
1 saat əvvəl
QDTİB-nin Bakıda keçiriləcək İllik Toplantısı üzrə hazırlıq işləri müzakirə olunub
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
-
1 saat əvvəl
Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın əsasında Media və Yayım Şurası yaradılır
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Rosneft: Hasilata görə dünyada ikinci yerimizi qoruyuruq
Ən çox oxunanlar
İyunun 20-nin hava proqnozu - 39° isti gözlənilir
Quş qripi yumurta qiymətlərini artırdı: Cənubi Koreya yumurta böhranına qarşı idxala başlayır
Azercell-in “Premium” abunəçilərinə Atəşgah Sığorta-dan 20% endirim



























