Şanxayda istehsal edilən "Tesla" avtomobilləri Avropaya ixrac olunur
ABŞ-ın elektrik enerjisi ilə işləyən avtomobil istehsalçısı “Tesla”nın Şanxay şəhərindəki zavodunda yığılan avtomobillərin daxili bazar ilə yanaşı Avropada da satışı təşkil olunacaq.
Avropadakı müştərilərə təqdim etmək üçün "Tesla"nın 7 min ədəd "Model 3" avtomobili oktyabrın 27-də yola salınıb. Avtomobillərin noyabrın sonunda Belçikanın Zebrüqqe limanına çatması və daha sonra Almaniya, Fransa, İtaliya, İsveçrə də daxil olmaqla bir neçə Avropa ölkəsindəki satış salonlarına göndərilməsi planlaşdırılıb.
"Tesla Global"ın vitse-prezidenti Tom Cu bildirib ki, şirkətin Çindəki zavodu yerli və xarici tələbatı ödəmək üçün istehsal gücünü çoxaldacaq.
Qeyd edək ki, ötən ilin yanvarında təməli qoyulan zavod təxminən bir ildən sonra istifadəyə verilib. İllik istehsal gücü ilkin mərhələdə 150 min avtomobil olan zavodun gələcəkdə ildə 500 min avtomobil buraxması planlaşdırılıb. Şanxaydakı zavod “Tesla”nın ABŞ-dan kənarda ilk nəhəng, dünyada isə üçüncü zavodudur. “Tesla” Çində 100 faiz xarici kapitallı avtomobil istehsal edən ilk şirkətdir. İndiyədək xarici avtomobil istehsalçıları bu ölkədə zavod açmaq üçün yerli şirkətlərin biri ilə müştərək müəssisə yaratmalı idilər. “Tesla” Çinin bu sahədə yeni qaydalarından bəhrələnən ilk şirkət olub.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)





.jpg)









