SOCAR Ukraynada 6-cı oldu
Bu ilin sentyabr ayı ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynadakı törəmə şirkəti olan “SOCAR Energy Ukraine” bu ölkəyə 5,9 min ton avtomobil benzini idxal edib.
Ukrayna mətbuatının verdiyi məlumata görə, bu, 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 1,8 min ton və ya 43,9% çoxdur.
Bununla da SOCAR Ukraynaya avtomobil benzini idxal edən şirkətlərin arasında altıncı olub.
Bu il sentyabr ayında Ukraynaya ümumilikdə 100,1 min ton avtomobil benzini idxal edilib ki, bu da 2019-cu ilin analoji ayı ilə müqayisədə 25,6 min ton və ya 20,37% azdır.
Ölkəyə avtomobil benzini idxal edən şirkətlər arasında isə ilk yeri OKKO şirkəti tutub. Ötən ay bu şirkətin Ukraynaya avtomobil benzinin idxalı 46,9% azalaraq 24 min ton təşkil edib.
İkinci yerdə avtomobil benzinin idxalının həcmlərinə görə WOG şirkəti yer alıb. Bu şirkət ötən ay Ukraynaya 18,4 min ton avtomobil benzini idxal edib ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 11,96% azdır.
Ukraynaya benzin idxalında liderlərin üçlüyünü “BRSM-Nafta” şirkəti qapadır. Ötən ay bu şirkət 8,9 min ton avtomobil benzini idxal edib ki, bu da 2019-cu ilin sentyabr ayı ilə müqayisədə 29% artıb.
İdxalın azalmasının əsas səbəbi yerli istehsalçılar olan “Ukrtatnafta” və “Ukrqazdobıça” şirkətlərinin alıcılığının artmasıdır.
Bu ilin 9 ayında ölkənin avtomobil benzini bazarının balansı 5,7% və ya 84 min ton artaraq 1,572 mln tona çatıb. Bazar iştirakçıları bu artımı koronavirus pandemiyası səbəbindən aşağı qiymətlər dövründə yaradılan ehtiyatların artması ilə izah edirlər.
“Report”
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 4 d. əvvəl
- 6 d. əvvəl
-
58 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























