Azərbaycanda neft-qaz hasilatı ilə bağlı operativ məlumatlar
Energetika Nazirliyinin yaydığı məlumata görə, 2020-ci ilin yanvar-sentyabr aylarında operativ məlumatlara əsasən, Azərbaycanda 26,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən, 2,1 milyon ton az olub.
Respublika üzrə neft hasilatının 17,8 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 2,7 milyon tonu (kondensat) “Şahdəniz”in payına düşüb. SOCAR üzrə (kondensatla birlikdə) 5,6 milyon ton təşkil edib.
Cari ilin 9 ayında 21,5 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bu 2019-cu ilin 9 ayına nisbətən, təxminən, 1,9 milyon ton, yəni 8 faiz azdır. Neft-kondensatın 20,4 milyon tonu konsorsium, 1,1 milyon tonu isə SOCAR üzrə ixraca nəql edilib.
2020-ci ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrünə nisbətən 5,9 faiz, yəni 1,5 milyard kubmetr artımla 27,5 milyard kubmetr qaz hasil edilib. Qaz hasilatının 8,7 milyard kubmetri AÇG-dən, 13,3 milyard kubmetri isə “Şahdəniz”dən əldə edilib. SOCAR üzrə bu dövrdə 5,5 milyard kubmetr qaz hasil olunub.
Bu dövrdə xaricə qaz satışı 9,6 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz çoxdur. Cari ilin 9 ayında 2019-cu ilin müvafiq dövrünə nisbətən Türkiyəyə 21,3 faiz çox, yəni 7,9 milyard kubmetr qaz ixrac edilib. Gürcüstana ixrac edilən qazın həcmi 1,6 milyard kubmetr olub. Qeyd edək ki, TANAP ilə Türkiyəyə bu müddətdə 3,2 milyard kubmetr qaz nəql olunub.
2018-ci ilin iyun ayının 30-dan 2020-ci ilin oktyabr ayının 1-dək TANAP-la Türkiyəyə təqribən 7,1 milyard kubmetr qaz nəql edilib.
Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 01 oktyabr tarixinədək ümumilikdə 547,6 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 518,2 milyon ton, “Şahdəniz”dən isə 29,4 milyon ton kondensat çıxarılıb. Azəri-Çıraq-Günəşli və “Şahdəniz” yataqları istismara veriləndən 2020-ci ilin 1 oktyabr tarixinədək 547 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql edilib.
Bu dövrdə “Azəri-Çıraq-Günəşli”dən 173,7 milyard kubmetr, “Şahdəniz”dən isə 130,1 milyard kubmetr qaz hasil edilib. “Şahdəniz” yatağı istismara veriləndən cari ilin 1 oktyabr tarixinədək 86,5 milyard kubmetr qaz ixraca nəql edilib.
Ölkədə neftin emala təhvili 2020-ci ilin 9 ayında 4347 min ton təşkil edib. Neft emalı ötən ilin müvafiq dövrünə nisbətən 385,9 min ton az olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
-
10 d. əvvəl
"Belə gedərsə, biz bəlkə də ilin sonuna qədər 1 milyard rəqəminə də çatacağıq"
-
- 41 d. əvvəl
-
1 saat əvvəl
"Sitalçayda acınacaqlı vəziyyət - quşçuluq təsərrüfatları fəaliyyətlərini dayandırmaq üzrədilər"
-
1 saat əvvəl
ABB Enerji effektivliyi fondunun vəsaiti hesabına güzəştli kreditlər verəcək
-
1 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Rabitəbank” qanunları pozub, barəsində icrası məcburi sərəncam verilib
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Unibank IV Vergi və Mühasibatlıq Zirvəsinə dəstək verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Invest-AZ” BDU-nun Qazax filialında seminar keçirib
Maydan Bakı–Belqrad–Bakı marşrutu üzrə uçuşlar başlayır - AZAL və “Air Serbia” tərəfdaşlığına başlayıb
Ən çox oxunanlar
Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən
Azərkosmos-dan 2 ayda 3 milyon dollarlıq ixrac
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
"PAŞA Bank"ın səhmlərini almaq istəyənlərin nəzərinə - 13 Apreldə abunə yazılışı başlayır






















