Yüksək Texnologiyalar Parkı texnologiya şirkətlərinə müraciət ünvanlayıb
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) kollektivi innovativ texnologiyalar sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətlərə müraciət ünvanlayıb.
AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanovanın Marja-ya verdiyi məlumata görə, müraciətdə hazırda dünyanın əksər ölkələrində iqtisadiyyatın bütün sahələrində yüksək texnologiyalardan geniş istifadə olunduğu, bu texnologiyaların tətbiqinin yeni iqtisadiyyatın yaranmasına, onun qloballaşmasına, təsiredici faktorların tərkibinin dəyişməsinə, iqtisadiyyatın inkişaf amillərinin daha müasir, geniş müstəvini əhatə etməsinə səbəb olduğu vurğulanıb.
Azərbaycanda yüksək texnologiyaların inkişaf etdirilməsinə böyük önəm verildiyi qeyd edilib, ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərdən bəhs olunub. Bildirilib ki, bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri ölkədə rəqabətədavamlı və yüksək ixrac potensiallı, innovativ texnologiyalar sənayesinin inkişaf etdirilməsinə xidmət edən AMEA-nın Yüksək Texnologiyalar Parkının yaradılmasıdır.
Müraciətdə bildirilib ki, müasir dövrdə yüksək texnologiyalar tibdə, kənd təsərrüfatında, sənayedə, hərbi və mülki məqsədlərlə, həmçinin terrorla mübarizədə böyük üstünlüklər təqdim etsə də, təəssüflər olsun ki, bəzən yüksək texnologiya məhsullarının imkanlarından sui-istifadə hallarına, onlardan mənfur, terrorizmə xidmət edən məqsədlərlə istifadə olunmasına da rast gəlinir.
Qeyd olunub ki, sentyabrın 27-də Ermənistan Azərbaycan Respublikasının ərazisindəki qanunsuz işğallarını genişləndirmək məqsədilə hücuma keçərək 30 ilə yaxındır davam edən atəşkəsi pozub. Hücumun ilk günlərindən Ermənistanın əsas hədəfi dinc əhali və mülki obyektlər olub.
Müraciətdə cari il oktyabrın 11-də isə Ermənistan tərəfindən Azərbaycanın münaqişə zonasından 60 kilometr uzaqlıqda yerləşən Gəncə şəhərinin dinc əhalisi hədəfə alınaraq 10 mülki şəxsin ölümü, 34 nəfərin yaralanması ilə nəticələnən terror aktının baş verdiyi vurğulanıb. Həmçinin oktyabın 15-də Ermənistan Silahlı Qüvvələrin yenidən mülki şəxsləri hədəfə alması nəticəsində Tərtər şəhərində qəbiristanlıqda dəfn mərasimində iştirak edən 4 mülki şəxsin həlak olduğu, 4 nəfərin isə yaralandığı bildirilib. Ermənistanın terrorçu rejiminin aparılan hərbi əməliyyatlar zamanı Azərbaycanın mülki şəxslərini hədəfə alaraq məlum olan bütün müharibə qanunlarını, eləcə də beynəlxalq səviyyədə qəbul edilmiş bütün protokolları – Cenevrə konvensiyasını, Haaqa konvensiyasını kobud şəkildə pozması diqqətə çatdırılıb.
Sonda AMEA Yüksək Texnologiyalar Parkı beynəlxalq yüksək texnologiyalar istehsalçılarına müraciət edərək Azərbaycanı Ermənistanın təcavüzündən və getdikcə şiddətlənən dağıdıcı qəsbkar niyyətlərindən qorumaq və ermənilərin terrorizm əməllərinə vasitəçi olmamaq üçün bu ölkə ilə texnologiya transferini, eləcə də ehtiyat hissələrinin satışını və erməni hərbi şirkətləri və startapları ilə əməkdaşlığı dayandırmağa çağırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
-
4 saat əvvəl
Son 2 ildə 163 minə yaxın avadanlığın idxalına icazə verilib
-
4 saat əvvəl
Unibankın 0 % komissiyalı, 2 % endirimli kredit kampaniyası davam edir
-
4 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır - kampaniya davam edir
-
4 saat əvvəl
Dövlət qurumu "T.T.Ş.-İNŞAAT" şirkətinə 38 milyon manatlıq sifariş verildi
- 5 saat əvvəl
-
7 saat əvvəl
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
- 7 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Hibrid iş rejimində daxili kommunikasiyanın rolu
Ən çox oxunanlar
İl ərzində “Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
Yanvarın 27-də gözlənilən hava şəraiti
Dünya Bankı Bakı Dəniz Limanının 2-ci mərhələsi üzrə işlərdə iştirakı müzakirə edilib
Ötən il daha bir bankın kredit portfeli 1 milyard manatı aşıb
Apple şirkəti fevralda Gemini-nin dəstəklədiyi Siri-ni təqdim edəcək
"Grill House" restoranının sahibi saxlanılıb










.jpg)














