970x250_destkop_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

Liviya ən böyük neft yatağında hasilatı bərpa edib

iç səhifə xəbər başlığı altı (mobil)_31
Liviya ən böyük neft yatağında hasilatı bərpa edib
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Liviyanın ən böyük neft yatağında hasilat bərpa olunub.

Liviyanın Milli Neft Korporasiyası ölkənin qərbindəki “Sharara” neft yatağında fors-major vəziyyəti aradan qaldıraraq hasilatın bərpasını tapşırıb. Bildirilir ki, General Xəlifə Haftarın tabeliyindəki “Neft Obyektləri Mühafizəçiləri” adlı silahlı qruplaşma ilə əldə olunan razılaşmadan sonra yataqdakı fors-major vəziyyət ləğv edilib.

Mənbələrə görə, “Sharara” yatağının istehsal gücü qarşıdakı 10 gün ərzində sutkada 300 min barrelə çatacaq.

Qeyd edək ki, “Sharara” neft yatağında iyun ayında fors-major vəziyyət aradan qaldırılmış və yenidən hasilata başlandığı elan edilmişdi. Lakin Haftara tabe milislərin yaratdığı maneələr səbəbindən istehsal qısa müddətdən sonra dayandırılmışdı.

Azərtac

12.10.2020 11:11
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-2_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18