Büdcəyə Gömrüyün xəttilə 3 milyard manata yaxın vəsait daxil olub
DGK xətti ilə büdcə daxilolmaları 9% azalıbBu ilin yanvar-sentyabr aylarında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcə daxilolmaları 2 milyard 955 milyon 235 min manat təşkil edib.
DGK-nin açıqladığı rəqəmlərə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% azdır.
Son 1 ildə gömrük rüsumları üzrə daxilolmalar 7,2% azalaraq 741 milyon manat, əlavə dəyər vergisi (ƏDV) üzrə daxilolmalar 6% azalaraq 2 milyard 83,4 milyon manat, aksizlər üzrə daxilolmalar 48,7% azalaraq 103,3 milyon manat, yol vergisi üzrə daxilolmalar isə 16,4% azalaraq 27,5 milyon manat olub.
Bu ilin sentyabr ayında Komitəsinin xətti ilə dövlət büdcəsinə 309 milyon 934,6 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2019-cu ilin eyni ayı ilə müqayisədə 17,7% az, bu ilin avqust ayı ilə müqayisədə isə 8,6% çoxdur.
Bu ilin sentyabr ayı ərzində dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11% azalaraq 93 milyon 331,1 min manat olub. Bu ilin avqust ayı ilə müqayisədə isə bu göstərici 18% artıb.
Həmçinin, cari ilin sentyabr ayı ərzində ƏDV üzrə daxilolmalar ötən ilin eyni ayı ilə müqayisədə 20,6% azalaraq 199 milyon 808,2 min manat (bu ilin avqust ayı ilə müqayisədə 4% çox), aksizlər üzrə 20% azalaraq 13 milyon 440,8 min manat (avqust ilə müqayisədə 17,7% çox), yol vergisi üzrə daxilolmalar isə 3,4% azalaraq 3 milyon 354,5 min manat (avqust ilə müqayisədə 29,2% çox) təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 6 saat sonra
-
- 2 saat sonra
-
14 saat əvvəl
219 təmirli mənzil kirayə yolu ilə vətəndaşlara satılır - aylıq ödəniş 347 manatdan başlayır
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
"Zəngəzur dəhlizinin açılması bütün Mərkəzi Asiya ölkələrinə fayda gətirəcək"
-
15 saat əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
15 saat əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 15 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
BOKT illik 18 faizlə 1 milyon manat cəlb edir
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
Ən çox oxunanlar
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
"Prime Cotton" sənaye avadanlıqlarının satışını elan edir
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb


















.jpg)



.jpg)


