Rusiya aviaşirkətlərinə Azərbaycana uçuşların yerinə yetirilməsinə icazə verildi
Rusiya aviaşirkətlərinə 24 ölkəyə müntəzəm uçuşların yerinə yetirilməsinə icazə verilib. Rusiyanın Hava Nəqliyyatı Federal Agentliyi ("Rosaviasiya") bununla bağlı müvafiq qərar imzalayıb.
"RİA "Novosti"nin verdiyi məlumata görə, siyahıda həmçinin hava əlaqəsi hələ bərpa olunmayan ölkələr də yer alıb.
Beləliklə, Rusiya aviaşirkətləri hava əlaqəsi artıq bərpa olunmuş Belarus, Böyük Britaniya, Misir, Qazaxıstan, Qırğızıstan, Maldiv adaları, BƏƏ, Türkiyə və Tanzaniya, həmçinin, hava əlaqəsi hələ bərpa olunmamış Azərbaycan, Almaniya, Yunanıstan, İsrail, İspaniya, İtaliya, Kipr, Çin, Malta, Niderland, Səudiyyə Ərəbistanı, Türkmənistan, Çexiya, Özbəkistan və Ermənistana uçuşların yerinə yetirilməsinə dair icazə alıb.
Aviadaşıyıcılara, həmçinin Avstriya, Bolqarıstan, Macarıstan, İspaniya, Fransa və Kubaya çarter uçuşlarına icazə verilib.
"Rosaviasiya" nümayəndəsinin sözlərinə görə, bu sənəd uçuşların bərpası demək deyil.
Rusiyanın Nəqliyyat Nazirliyindən ötən gün bildirilib ki, "Rosaviasiya" müxtəlif ölkələrin hökumətləri ilə aviareyslərin bərpası, uçuşların azaldılması və ya uçuşların dayandırılması barədə danışıqlar aparır.
Xatırladaq ki, sentyabrın sonunda "Rosaviasiya" Rusiya aviaşirkətlərinin müraciəti əsasında bir neçə beynəlxalq marşrut üzrə uçuşlara verilən icazələri geri çağırıb. Belə ki, "Pobeda", "Rusiya", "İrAero", "Azimut" və "Red Wings" aviaşirkətlərinin 116 beynəlxalq marşrut üzrə icazələr geri çağırılıb. "Pobeda" aviaşirkətinin geri çağırılmış icazələri sırasında Azərbaycan, Bolqarıstan, İspaniya, İsrail, İtaliya, Fransa, Kuba, İordaniya, Latviya, Estoniya, Niderland və Macarıstan şəhərləri yer alıb. "Red Wings" və "Azimut" aviadaşıyıcıları üzrə digər marşrutlarla yanaşı müvafiq olaraq Yekaterinburq-Bakı və Krasnodar-Bakı marşrutları üzrə də icazələr geri çağırılıb. "İrAero"nun isə Yekaterinburq-Bakı və Yekaterinburq-Lənkəran aviareyslərinin yerinə yetirilməsi üzrə icazələri geri çağırılıb.
Qeyd edək ki, Rusiya koronavirus pandemiyası fonunda mart ayının sonunda digər ölkələrlə müntəzəm və çarter reysləri üzrə uçuşları dayandırmışdı. Daha sonra məhdudiyyətlər tədricən götürülməyə başlanıldı.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
16 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
23 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI






















