Maliyyə Nazirliyi 30 milyon manat cəlb edir
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir6 oktyabr 2020-ci il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin 30 milyon manatlıq Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.
Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.
İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;
Dövlət istiqrazının növü | Faizli, ortamüddətli dövlət istiqrazları |
Qiymətli kağızın ISIN kodu | AZ0105019787 |
Emissiya həcmi | 30 000 000 manat |
Nominal dəyəri | 100 manat |
İstiqrazların tədavül müddəti | 728 gün |
Faiz ödənişləri (olduqda) | 6 aprel 2021-ci il, 5 oktyabr 2021-ci il, 5 aprel 2022-ci il, 4 oktyabr 2022-ci il |
Faiz gəliri | 8 % |
Ödəmə tarixi | 04.10.2022 |
Anderrayter | Paşa Kapital İŞ QSC |
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər.
Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda isə, Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
12 d. əvvəl
Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb
-
16 d. əvvəl
Nəhəng qurum müharibəyə baxmayaraq qızılın bahalaşacağı barədə proqnozunu saxlayır
-
-
22 d. əvvəl
Azərbaycandan qeyri neft-qaz məhsullarının ixracı real ifadədə 20,7 faiz azalıb
- 24 d. əvvəl
-
33 d. əvvəl
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
- 46 d. əvvəl
-
59 d. əvvəl
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kredit aksiyası keçirir
-
1 saat əvvəl
Azərbaycanın tədiyyə balansında 1,4 milyard dollarlıq kəsir! - 3 DƏFƏDƏN ÇOX ARTIB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bakıda daha 7 marşrut xəttinin avtobusları tam elektrikləşdirilib
Ən çox oxunanlar
"Bakı Metropoliteni"nin baş mühəndisi işdən çıxarılıb
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Azərbaycanın cari balansının profisiti "əriyib"
ABŞ-lı milyarder investor xəbərdarlıq etdi: Hörmüz, “ABŞ İmperiyasının son müharibəsi” ola bilər
"Nort Vest Konstrakşn" şirkəti 407 milyon manat gəlirdən 35 milyon manat xalis qazanc əldə edib
Azərbaycan neftinin son qiyməti


























