2021 Sonata N Line: Hyundai’nin Yüksək Performans görünüşlü Tam Yeni Sedanı
- Sonata N Line, indiyədək ən yaxşı sport sedan təklifi ilə yeni sedanın cazibəsini genişləndirir.
- Hyundai-nin "Həssas İdman" dizayn kimliyi Sonata N Line-a həyəcan verici idarəetmə dinamikası vəd edən yüksək performanslı bir görünüş verir.
- Sonata N Line, Hyundai'nin yüksək performanslı N markasına cəlbedici bir giriş nöqtəsi olaraq N Line-ın artan populyarlığını vurğulayır.
Hyundai Motor Company, böyük maraqla gözlənən 2021 Sonata N Line'ın cəsur dizaynını təqdim etdi və idarəetmə zamanı ürək döyüntülərini artıracaq təcrübə vəəd edir.
Yeni Sonata N Line, 2019-cu ildə Sonata və Sonata Hybrid-in satışa çıxarılmasından sonra Hyundai-nin orta ölçülü sedan seriyasını genişləndirir. N Line, N markasına cəlbedici bir giriş nöqtəsi təqdim edir və Tam Yeni Sonata ad tablosuna yüksək performans görünüşü verərək cazibəsini genişləndirir.
2021 Sonata N Line həm bazarda öz mövqeyini qoruyan Sonata modelinə, həm də getdikcə populyarlaşan Hyundai-nin N Line alt markasına daha çox müştəri cəlb edəcəkdir. Sonata N Line, sedan paketində idman üslubu istəyən müştərilərə xitab edəcəkdir.
Sonata N Line-ın eksteryer dizaynı Hyundai-nin '‘Sensuous Sportiness’ dizayn kimliyinə əsaslanaraq cəsarətli və atletik görünür. Sonata'nın N Line dizayn elementləri, imza pilləli ıradiator barmaqlığı, qalın ön zolaq, üç hava girişi və N Line emblemi ilə başlayaraq başdan sona qədər özünü göstərir.
Sonata N Line’ın yan ətəkləri və 19 düymlük yüngül lehimli disklər, əyləncənin hər küncdə olduğunu düşünməyə vadar edən aqressiv bir mövqe nümayiş etdirir. Dinamik yan üslub, dartılmış arxa uca keçir, burada zərif qara alt tampon, cüt ikili səsboğucular və N Line arxa difüzör idman sedanının hazır və istəkli münasibətini gücləndirir.
İnteryer dizayn Sonata N Line-ın iç daxili mənkanını da xarici görünüşü qədər cəlbedici edən yüksək texnologiyalı elementlərlə eksteryerin dinamik hissini gücləndirir. Tünd xrom bəzək, sükan üzərində eksklüziv imzalı N Line qırmızı tikiş və idman oturacaqlar performansdan ilhamlanan interyer və eksteryer dizaynı tamamlayır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
15 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
22 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
22 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI




















