“AGRO-MEAT”in səlahiyyətli şəxslərinə cinayət işi açıldı
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, bu istiqamətdə görülən tədbirlər çərçivəsində “AGRO-MEAT” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli şəxsləri Vəliyev Ehtiram İldırım oğlu, Ələkbərov Namiq Oktay oğlu və digərlərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən aparılmış təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin nəticələri əsasında fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Aparılmış istintaqla “AGRO-MEAT” MMC-ni icarəyə götürmüş Ehtiram Vəliyevin MMC-nin nümayəndəsi Namiq Ələkbərov ilə birlikdə 23-25 iyun 2020-ci il tarixlərdə ölkə ərazisində yerləşən mal-qara bazarlarından və ayrı-ayrı şəxslərdən 6.890 kiloqram miqdarda keyfiyyətsiz ət məhsulunu ucuz qiymətə alaraq, həmin ət məhsulunu Ağcabədi rayonu, Xocavənd kəndində yerləşən MMC-yə məxsus kəsimxanada müvafiq standartlara uyğun olmayan şəraitdə satmaq məqsədilə saxlamalarına əsaslı şübhələr müəyyən edilib.
Baş İdarə tərəfindən 25 iyun 2020-ci il tarixdə həyata keçirilən tədbirlər nəticəsində qeyd olunan kəsimxanada 41 min 340 manat dəyərində 6.890 kiloqram çəkidə keyfiyyətsiz ət məhsulu aşkar olunaraq götürülüb.
İş üzrə toplanmış sübutlara əsasən 22 avqust 2020-ci il tarixdə Ehtiram Vəliyevə Cinayət Məcəlləsinin 29, 200.2.3 (istehlakçıları külli miqdarda ziyan vurmaqla aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və ya satmaya cəhd etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Namiq Ələkbərova isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.3-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə köməkçilik etmə) maddələri ilə yekun ittiham elan edilərək, cinayət işi üzrə istintaq yekunlaşdırılıb və baxılması üçün aidiyyəti üzrə Ağcabədi rayon Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB





















