“AzerGold” un orta və uzunmüddətli Korporativ Strategiyası hazırlanıb
Əlvan metal filizlərin hasilatı sektorunun dayanıqlı inkişafının təmin edilməsi məqsədi ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən 2025-ci (ortamüddətli) və 2035-ci (uzunmüddətli) korporativ strategiyası hazırlanıb.
QSC-dən Marja-ya daxil olmuş məlumatda bildirilir ki, ötən ildən etibarən nüfüzlu beynəlxalq məsləhətçi şirkətin iştirakı ilə başlanan proses çərçivəsində sənayedə əsas tendensiyaların müəyyən edilməsi, dövlətin maraq və hədəfləri nəzərə alınmaqla Cəmiyyətin icra edəcəyi fəaliyyətə dair əsas maliyyə və əməliyyat göstəricilərinin proqnozlaşdırılması, strateji variantların prioritetləşdirilməsi və strategiya sənədinin icrası üzrə yol xəritəsinin tərtib edilməsi kimi işlər aparılıb. Nəticədə strategiya sənədi 14 sentyabr 2020-ci il tarixində Cəmiyyətin Ümumi Yığıncağı qismində İqtisadiyyat Nazirliyi tərəfindən təsdiq edilib.
Bu strategiyanı həyata keçirməklə Cəmiyyətin 2035-ci ilədək regional miqyasda irihəcmli dağ-mədən şirkətə çevrilməsi əsas strateji baxışı olaraq müəyyən edilib. Cəmiyyətin strateji hədəflərinə ən böyük qeyri-neft sənaye şirkətlərindən və işə götürənlərdən birinə çevrilməsi, mədən sahəsində bölgənin ən böyük şirkətləri sırasında qərarlaşması, strateji proqramların icrası üzrə maliyyələşmədə dövlət büdcəsindən asılılığını aradan qaldırılması, habelə dağ-mədən sənayesinin yan sahələrinin və zərgərlik sənayesinin innovativ tətbiqlərlə inkişaf etdirilməsinə töhfələrin verilməsi və əsas bazar Azərbaycan olmaqla qonşu ölkələrə genişlənmə potensialının inkişaf etdirilməsi daxildir.
Qeyd olunan məqsədlərə nail olmaq üçün hazırlanan orta və uzun müddətli yol xəritəsi çərçivəsində strateji proqramlar müəyyən edilib. Bu proqramlar qızıl, mis-sink mədənlərinin, sənayenin yan sahələrinin inkişafı, beynəlxalq bazarlarda genişlənmə hədəflərini əhatə edir. Strategiya sənədinin icrası qeyri-neft sənayesinin dinamik inkişafı, ölkə iqtisadiyyatının şaxələndirilməsi, dağ-mədən sahəsində əlavə dəyərin, eləcə də məşğulluğun artırılması və nəticədə əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına mühüm töhfələr verəcək. Cəmiyyətin korporativ strategiyası çərçivəsində müəyyən edilmiş layihələrin icrası ilə 2035-ci ilədək ölkənin məcmu ÜDM-nə 8,9 milyard dollaradək həcmində töhfənin verilməsi, Cəmiyyətin səhmdarı olan dövlətə dividendlərin ödənilməsi, habelə, layihələrin icrasının ən fəal mərhələsində 14 min nəfərə qədər işçinin cəlb edilməsi proqnozlaşdırılır.
Eyni zamanda, layihələrin icrası ilə Cəmiyyətin gəlirlərinin proqnozlaşdırılmış məcmu illik artım dərəcəsi 14 faiz həcminə hədəflənir. Məlumat üçün qeyd olunmalıdır ki, 2009-2019-cu illərdə qlobal mədən sənayesinin MİAD-ı (Məcmu illik artım dərəcəsi) 9 faiz olmuşdur.
Xatırladaq ki, qabaqcıl beynəlxalq təcrübələrin öyrənilməsi və strateji idarəetmənin tətbiqi “AzerGold” QSC-nin prioritetlərindəndir. Belə ki, yarandığı gündən etibarən Cəmiyyətdə beynəlxalq standartlara əsaslananan korporativ idarəetmə prinsipləri tətbiq edilir, ən optimal üsullarla yüksək nəticələr əldə edilməsi üçün sistemli tədbirlər aparılır.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 13 d. əvvəl
-
18 d. əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 19 d. əvvəl
-
28 d. əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
- 1 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Ən çox oxunanlar
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb






















