OPEC 60 illik yubileyini qeyd edir
Bugün sentyabrın 14-də Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 60 illik yubileyini qeyd edir. Bununla bağlı OPEC-in Baş katibi Məhəmməd Sanusi Barkindo təbrik mesajında bildirib:
-Zati-alilləri, həmkarlar və dünyanın sakinləri!
60 il bundan əvvəl bugün inkişafda olan ölkələrin kiçik bir qrupu bəşəriyyətin beşiyi olan İraqın Bağdad şəhərinin Bab Əl- Muazzam bölgəsində Əl-Şaab zalında toplaşdı. Irandan doktor Fuad Ruhani, Iraqdan doktor Tələt Əl-Şabani, Küveytdən Əhməd Səid Omar, Səudiyyə Ərəbistandan Abdullah Əl-Tariki, və Venesueladan doktor Pablo Perez Alfonzo birlikdə tarixin gedişatını dəyişəcək yol xəritəsini müəyyən etdilər. Onlar Neft İxrac edən Ölkələr Təşkilatının – OPEC-in yaradılması barədə qərar qəbul etdilər. Bu cəsur və nümunəvi addım özündə bir çox şeyi birləşdirdi. Hər şeydən öncə, bu xalqlara və dövlətlərə resursları üzərində suverenlik hüququ verən qanuni bir təşkilat idi. İkincisi, bu qərar dövlətlər arasındakı əməkdaşlıq və dialoqun, ümumi sənaye sahələrinin üzləşdiyi bir çox çətinliklərin aradan qaldırılması üçün ən effektiv yol olduğuna olan inamımızı ifadə edir. OPEC ölkələr arasında hörmət, bərabərlik, ədalət, şəffaflıq prinsiplərinə sadiq qalmağa davam edir.
Ötən 60 il ərzində OPEC-in inkişaf etməsi faktı OPEC ailəsi üçün böyük qürur mənbəyidir. Bu illər bizim üçün enişli-yoxuşlu keçsə də, çətinliklərlə üzləşsək də, 60 il sonra biz 13 üzv dövlətdən ibarət vahid, hökumətlərarası təşkilata çevrilmişik. Bu təşkilat beynəlxalq enerji sənayesi üçün heç vaxt olmadığı qədər müvafiq, təqdirəlayiq və zəruridir. Son illərdə bizim köməyimiz sayəsində qeyri-OPEC ölkələri tarixi Əməkdaşlıq Bəyannaməsi imzaladı və növbəti mərhələdə ölkələr arasındakı əməkdaşlıq onu daha da gücləndirdi. Bu tarixi qərar 23 istehsalçı ölkə tərəfindən neft bazarının sabitliyini qorumaq üçün zəruri olan birgə tədbirlərin qəbul edilməsinə şərait yaratdı. COVİD-19 pandemiyasının səbəb olduğu tənəzzülün təsirlərini azaltmaq üçün 2020-ci ilin aprel-iyun aylarında keçirilən görüşlərdə daha çox istehsalçı ölkə bizimlə həmrəyliklərini nümayiş etdirdi. Biz OPEC-in 60 illiyi ilə əlaqədar onun tarixinə həsr olunmuş sənədli film hazırlamışıq və ümid edirik ki, sizin hər biriniz onu izləməkdən zövq alacaqsınız.
İraq hökuməti bütün OPEC ailəsini Bağdada bu tarixi hadisəni qeyd etməyə dəvət etdi. Lakin bu tədbir COVİD-19 pandemiyası ilə əlaqədar olaraq təhlükəsizliyi təmin etmək məqsədilə İraqın neft naziri İhsan Əbdul Cabbar İsmayıl və OPEC-in baş ofisi tərəfindən təxirə salındı. OPEC ailəsinin digər üzvləri bu qərarın insanların sağlamlıq və müdafiəsi üçün önəmli olduğunu başa düşürlər. Biz pandemiyadan sonra Bağdaddakı keçmiş məkanımıza qayıdacağımız günü səbirsizliklə gözləyirik. 14 sentyabr 2020-ci il tarixində Katibliyin ofisi bağlı olacaq, bu xüsusi tarix OPEC üçün dövlət bayramıdır və bizim hər birimiz üçün təşkilatın irsini və əsas prinsiplərini əks etdirmək fürsətidir. Buna görə də sizin hər birinizi OPEC günü münasibətilə təbrik edirəm. COVİD-19 pandemiyası bizə müəyyən çətinliklər yaratsa da, yalnız təsisçi üzvlərimizin başladığı işi qəti addımlarla davam etdirərək onları ehtiramla yad edə bilərik.
OPEC HAQQINDA
Neft İxrac Edən Ölkələr Təşkilatı – OPEC (The Organization of the Petroleum Exporting Countries) neft ixrac edən ölkələr - İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədilə 1960-cı ildə Bağdadda yaradılıb. Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərinə köcürülüb. Hazırda kartelə 13 ölkə üzvdür. Bunlar Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesueladır. OPEC-ə qeyri-üzv olan Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan isə təşkilatla “OPEC plus” formatında sıx əməkdaşlıq edir. “OPEC plus” əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Azərbaycanın OPEC-lə əməkdaşlığı təşkilatın iclaslarında müşahidəçi statusunda iştirakı ilə aktivləşib. Ölkəmiz 2016-cı ildən OPEC+ çərçivəsində təşkil olunmuş görüşlərdə iştirak edir və neft bazarının sabitliyi, neft qiymətlərinin tənzimlənməsi ilə bağlı qəbul edilmiş Əməkdaşlıq Bəyənnamələrinə qoşulur.
2019-cu il martın 17 və 18-də Bakıda OPEC (Əlcəzair, Konqo, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela) və qeyri-OPEC (Bəhreyn, Bruney, Qazaxıstan, Rusiya) ölkələrinin Birgə Texniki Komissiyasının (JTC) 27-ci iclası və Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) 13-cü iclası keçirilib. OPEC bülleteninin 2019-cu il mart sayında isə Azərbaycana xüsusi buraxılış həsr olunub. Bülletendə “Bakı OPEC və qeyri-OPEC tədbirinə ev sahibliyi edir” (Baku hosts OPEC and non-OPEC) adlı xüsusi buraxılış dərc edilib.
Müştərilərin xəbərləri
Birbank-dan hərbçilərə özəl sərfəli kredit təklifi: Hər 10 000 AZN kreditə aylıq 300 AZN-dən başlayan ödəniş
SON XƏBƏRLƏR
- 6 gün sonra
-
22 d. əvvəl
Dollar bahalaşır, qızıl ucuzlaşır - Qızılın qiyməti 4000 dollara düşdü
- 34 d. əvvəl
-
- 41 d. əvvəl
- 47 d. əvvəl
-
58 d. əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
PAŞA Bank Türk Hava Yolları ilə eksklüziv əməkdaşlıq müddətini uzatdı
-
14 saat əvvəl
Məşhur bazar analitikindən 20 faizlik çöküş xəbərdarlığı: 6 səbəb sadaladı
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
- 15 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Neft ucuzlaşmaqda davam edir
Bu gün Azərbaycan Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
İri bank 2027-ci ilin ortalarına qədər qızılın bir unsiyasının qiymətinin 5100 dollara çatacağını proqnozlaşdırır
Ən çox oxunanlar
"Dünya iqtisadiyyatı böyük təhlükədən yayındı”
SpaceX səhmləri 150 dollarlıq debüt qiymətindən aşağı düşdükdən sonra 2 faiz bahalaşıb
İDEAL KREDİT BOKT-da işçi sayı il ərzində 67 faiz artıb
"AS Group" İslam İnkişaf Bankı Qrupunun İllik Toplantılarında "4You Baku" layihəsini təqdim edib
Lizinq şirkəti BOKT yaradır
Azərbaycanın rayonlarında iyunun 29-dək yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir
Azercell və Samsung-dan yeni kampaniya!




























