Expressbank yeni əmanət kampaniyasına start verdi
(®️) Expressbank, müştərilərinə daha çox qazanmaq imkanı yaradaraq milli valyutada əmanət üzrə illik faiz dərəcələrini yüksəltdi. Yay mövsümünün son günlərində müştərilərinə daha çox sevinc bəxş etmək üçün bununla da kifayətlənməyərək yeni əmanət kampaniyasına start verdi.
Kampaniya çərçivəsində Klassik əmanəti üzrə depozit rəsmiləşdirən müştərilərə hədiyyə olaraq əlavə gəlir əldə etmək imkanı təklif edilir. Belə ki, müştərilər yerləşdirdikləri əmanət müddətinin sonunda, əmanət üzrə illik faiz dərəcəsindən əlavə 2% hədiyyə də əldə edəcəklər.
Expressbank, Klassik əmanətindən əlavə müştərilərinə daha iki əmanət növü təklif edir. Əmanətlərini mütəmadi olaraq artırmaq istəyən müştərilər Mücrü əmanətindən, əmənət faizlərini dərhal əldə etmək istəyən müştərilər isə Əlavə fürsət əmanətindən yararlana bilərlər.
Bu da hələ son deyil, Expressbank 500 AZN-dən yuxarı əmanət yerləşdirən hər bir müştəriyə təmassız ödənişləri dəstəkləyən pulsuz debit kart da hədiyyə edir.
Qeyd etmək istərdik ki, Expressbank-da yerləşdirilən bütün əmanətlər Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanır.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
Ziraat Bank Azərbaycan Bankkart Business kredit və Bankkart Business kredit platinum kartlarını təqdim edib!
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 gün sonra
-
2 saat əvvəl
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
-
- 2 saat əvvəl
- 4 saat əvvəl
-
6 saat əvvəl
"Ulduz" metrostansiyasının qarşısında yol təmir olunacaq, nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“ŞKODA Daşımalar”ın daxil olduğu qrup Azərbaycanda istehsal üçün hazırdır"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
"Siz yeni qaz yataqlarını kəşf edəcəksiniz və bizim bu məsələyə çox böyük marağımız var"
"2017-ci ildən etibarən bir dollar 1,7 manat təşkil edir"
Qəbələdə alkoqollu və alkoqolsuz içkilər zavodu tikilir - Nazir işlərin mövcud vəziyyəti ilə tanış olub
Çexiya Azərbaycana yeni “L-39NG” təyyarəsini təklif edir
"ŞKODA" şirkəti Bakı metrosuna qatar satmaq istəyir
Ən çox oxunanlar
Azərbaycan şirkətləri Çexiya şirkətlərilə anlaşdı
"Biz buraya ÇES adlanan yarıdövlət şirkətimizlə gəlmişik və o, müqavilə imzalamaq istəyir"
Bəzi rayonlarda yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Supermarketlər şəbəkəsi Şəkidə 3-cü mağazasını açıb














.jpg)






