Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Fermer təsərrüfatında rekord göstərici

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fermer təsərrüfatında rekord göstərici
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Qərb bölgəsində kartof yığımı davam edir. Artıq fermerlərin məhsuldarlıq baxımından əldə etdikləri nəticələr bəlli olur. Builki göstəricilər təsərrüfat sahiblərinin ürəyincədir.

Tovuzun təsərrüfat sahibləri elit toxumlar əkdiklərini, bu səbəbdən də sağlam və keyfiyyətli məhsul topladıqlarını deyirlər. Aqrotexniki qulluq da öz bəhrəsini verməkdədir. Sahədə çalışan işçilər əl əməyi və texnikaların köməyi ilə kartofu kisələrə yığaraq qablaşdırmaqla məşğuldurlar.

Fermer Elçin Əliyev məhsuldarlığın yüksək olduğunu, hətta təsərrüfatından rekord göstərici – 1 hektardan 65-70 ton məhsul əldə etdiyini söyləyib. “Məhsuldarlıq yaxşıdır. Hollandiyadan gətirilən elit kartof toxumları əkmişik. Suvarmada bəzi çətinliklərimiz olsa da, 65-70 ton kartof əldə etmişik. Eyni zamanda, toxumluq kartofları da yığır, satışını həyata keçiririk”, – deyə təsərrüfat rəhbəri bildirib.

Qeyd edək ki, bu il Tovuzda 4 min 425 hektar sahədə kartof əkilib və indiyədək 112 min ton məhsul götürülüb. Hazırda aran zonada işlər yekunlaşmaq üzrədir. Dağ kəndlərində isə məhsul bir qədər sonra yığılacaq.

Azərtac

20.08.2020 09:52

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Bank 96 ədəd RAM alır
Bank 96 ədəd RAM alır
18.09.2025 16:48
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18