Əli Həsənovun ailəsinə məxsus şirkətlər vergi borcunu kəskin azaldıb
Prezident Administrasiyasının ləğv olunmuş İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənоvun ailəsinə məxsus şirkətlər son 2 ayda dövlət büdcəsinə borcunu kəskin azaldıb.
12 şirkətin ümumi vergi borcu 208 min 97 manatdan 3 min 230 manata endirilib.
Belə ki, “Kaspi Liseyi” Ümumtəhsil Məktəbi MMC-nin vergi borcu tam ödənilib (182 055,86 manat), “Araz Teleradio” MMC-nin vergi borcu 17 459,54 manatdan 4,92 manata, “Kaspi Global” MMC-nin vergi borcu 8 562,63 manatdan 1,04 manata düşüb, “Golden Prince” MMC-nin vergi borcu dəyişməyərək 18,69 manat qalıb, “Beynəlxalq Mətbuat Mərkəzi” MMC-nin vergi borcu 1 337,4 manatdan 1 713,23 manata qalxıb, “Kaspi” qəzeti redaksiyasının isə 1 492,01 manat vergi borcu yaranıb.
“Kaspi Education”, “Kaspi Mətbuat Yayımı”, “Kaspi-AZ”, “Kaspi-EC” və “Mətbuat Evi” MMC-lərin, eləcə də “Kaspi CO” MTK-nın əvvəlki kimi vergi borcu yoxdur.
“Kaspi Liseyi” Ümumtəhsil Məktəbi istisna olmaqla qalan şirkətlər Bakı şəhəri, Səbail rayonu, Fikrət Əmirov küçəsi, 1 ünvanında dövlət qeydiyyatına alınıb. Onlara əsasən, Ə.Həsənovun həyat yoldaşı Sona Vəliyeva, oğlu Şamxal Həsənli və yaxın qohumu Azər Vəliyev rəhbərlik edir.
“Renkinq”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 ay sonra
- 21 saat sonra
-
- 17 saat sonra
-
15 d. əvvəl
“Kristal”dan şəhər həyatında fərq yaradan “Geniş və funksional həyət” konsepti!
-
23 d. əvvəl
Ekstra Qarantiya Çin avtomobillərinə də zəmanət təqdim edir!
- 25 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Azərbaycan bankı Niderland bankından 25 milyon dollar kredit cəlb etdi
-
2 saat əvvəl
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda ipoteka kreditlərinin 80%-i dövlət hesabına verilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Biznesiniz üçün QISA NÖMRƏ alın
Bank Zəfər Gününə özəl, daha aşağı faizlə kredit verir
"Özbəkistan Azərbaycana 21,8 milyon dollar, Azərbaycan Özbəkistana isə 183,5 milyon dollar sərmayə qoyub"
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına tam əməl edə bilmir
Ən çox oxunanlar
Azərbaycan dövlət büdcəsindən xərcləməyi azaldıb
"İpoteka istiqrazlarının 80%-i Mərkəzi Bankın əlindədir"
S&P: SOCAR üçün 2025–2027-ci illərdə sabit, lakin təzyiq altında maliyyə dövrü gözlənilir
Bankın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
"Bakı Ticarət Mərkəzi"nin nizamnamə kapitalı kəskin azaldıldı



















.jpg)






