"Ən "etibarlı liman" pul vahidi Dollardır"
"Morgan Stanley" 2020-dəki "dalğalı mühitdə" ən yaxşı etibarlı liman pul vahidinin dollar olduğunu qeyd edib
Qlobal bank və maliyyə xidmətləri şirkəti "Morgan Stanley", Çərşənbə axşamı günkü hesabatında, Yapon yeni və İsveçrə frankının nisbi olaraq etibarlı valyutalar olduğunu, ancaq 2020-dəki "dalğalı mühitdə" ABŞ dollarının ən yaxşı "etibarlı liman" pul vahidi olduğunu qeyd edib.
Dollar, rəqib pullardan ibarət səbət qarşısında, Çərşənbə axşamı günü 27 ayın ən aşağı səviyyəsinə geriləyib. Dollar indeksi, sərmayəçilərin riskli aktivlərə yönəlməsi ilə əlaqədar olaraq 92.477-ə qədər enərək 2018-ci ilin May ayından bəri ən aşağı səviyyəsini görüb. ABŞ səhmlərinin göstəricisi Standart & Poor's 500 (S&P 500) İndeksi, koronavirusdan qaynaqlanan itkinlərini geri almasının ardından bütün zamanların ən yüksək səviyyəsinə qalxıb və Mart ayındakı ən aşağı səviyyəsindən 54% yüksəlib.
Marja xəbər verir ki, "Morgan Stanley"in analitikləri hazırladıqları hesabatda, "ABŞ dollarının, xüsusilə aşağı ABŞ faizlərinin dolları "carry trade" üçün daha cazibədar pul vahidi halına gətirdiyi bu dövrdə ən yaxşı "etibarlı liman" pul vahidi olmasını gözləyirik",- bildiriblər. Ancaq analitiklər hələ də risklərin qaldığını və bu səbəbdən dolların bir qədər də düşəcəyi proqnozunu qoruyurlar.
"Carry trade" - sərmayəçilərin Dollar və Yapon yeni kimi aşağı faizli pul vahidləri ilə borclanıb, faizdən qazanc təmin etmək məqsədilə daha yüksək faizli aktivləri satın aldığı əməliyyatlara deyilir. Qeyri-müəyyənlik dövrlərində, sərmayəçilər bu yüksək faizli aktivlərdən çıxaraq təkrar borclandıqları pul vahidinə geri dönə bilərlər və bu da bu pul vahidlərini gücləndirə bilər.
Dünyanın rezerv pullarından biri olan dollar, bu ilin əvvəlində sərmayəçilər arasında yayılan qorxulardan faydalandı və Mart ayında koronavirusun ABŞ-da yayılması ilə 3.5 ilin ən yüksək səviyyəsinə yüksəlmişdi. Sərmayəçilərin təkrar təməl göstəricilərə dönməsi ilə dollar qlobal valyutalar qarşısında dəyər itirdi.
Bəzi strateqlər koronavirus təşviq paketinə bağlı müzakirələr daxil, ABŞ-dakı siyasi qeyri-müəyyənliklərin də dollara mənfi təsir etdiyini düşünürlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
