"Müraciət edənləri bir çox hallarda məyus etməli oluruq, xidmət göstərə bilmirik"
Marcom şirkəti kontent işində bazar payını artırırAzərbaycan və Gürcüstan bazarında marketinq və kommunikasiya xidmətləri göstərən Marcom şirkəti rəqəmsallaşan bazarda kontent payını artırır.
Şirkətin icraçı direktoru Ceyhun Fərzəliyevin sözlərinə görə, bu gün bazarda demək olar ki, bütün rəqəmsal marketinq alətlərinin başında kontent durur:
“Bu gün bazarda fəaliyyət göstərən şirkətlərin çox hissəsi unikal və faydalı kontentin olmamasından əziyyət çəkirlər. Bu boşluq isə onlara rəqəmsal marketinq alətlərindən tam şəkildə faydalanmağa mane olur. Bundan istifadə edən bir çox fəaliyyəti tənzimlənməyən agentliklər və frilans fiziki şəxslər isə həmin şirkətləri risklər barədə əvvəlcədən məlumatlandırmırlar. Nəticə etibarı ilə müştəri rəqəmsal dünyada öz mövqeyini möhkəmləndirə bilmir və itkilərlə üzləşir. Bu kimi hallar bazarda fəaliyyət göstərən peşəkar marketinq şirkətlərinin və ümumilikdə sahənin imicinə kölgə salır.”
Ceyhun Fərzəliyev digər mənbələrdən götürülmüş təkrar kontentin mənfi nəticələri ilə bağlı məlumat verərək bildirib ki, bu sonradan iki qat zərərə gətirib çıxardacaq.
“Bizə google-da ön səhifələrə çıxmaq (SEO xidməti), google reklamları və s. rəqəmsal marketinq xidməti ilə bağlı müraciət edənləri bir çox hallarda məyus etməli oluruq. Biz müştərilərə izah etməyə çalışırıq ki, əgər Sizin saytınızda unikal və faydalı kontent yoxdursa, saytınız google-un bugünkü standartlarına uyğun dizayn olunub və proqramlaşdırılmayıbsa, biz Sizə bu xidmətləri göstərə bilmərik. Biz hər zaman bazarda mövcud olan kiçik və orta sahibkarları mümkün olan risklərdən qorumağa və onları maarifləndirməyə çalışırıq. Bu gün bazarda əsasən tibb, tikinti, turizm, kənd təsərrüfatı, qida, e-kommers sahələri üzrə kontent qıtlığı yaşanmaqdadır. Hal-hazırda biz artan tələbata əsasən bazarda kontent marketinq xidməti üzrə bazar payımızı artırmaqda davam edirik. Bu istiqamətdə həm insan kapitalına, həm də rəqəmsal marketinq alətlərinə yatırımlar edirik.”
Qeyd edək ki, Marcom şirkəti hal-hazırda bir çox sektorlarda satışın artırılması istiqamətində yeni marketinq xidməti üzərində çalışır. Şirkət, yeni xidmətini gələn ay ərzində bazar iştirakçılarına təqdim etməyi planlaşdırır.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 9 saat əvvəl
- 11 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB




















