“Gəncə Avtomobil Zavodu”nun satışdan gəlirləri kəskin azalıb
“Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi (İB) 2019-cu ilin 4 milyon 993 min manat xalis mənfəət ilə başa vurub. Zavodun xalis mənfəəti 2018-ci illə müqayisədə 5 dəfəyə yaxın artıb (2018-ci ildə 1 milyon 20 min manat xalis mənfəət). Artım satışdan gəlirlərin artmasından deyil, “sair əməliyyat xərclərinin” azalmasından qaynaqlanır.
Marja şirkətin maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2018-ci illə müqayisədə 2019-cu ildə “Gəncə Avtomobil Zavodu”nun satışdan gəlirləri 47 milyon 727 min manat və ya 48% azalaraq 52 milyon 160 min manat təşkil edib. İB 2018-ci ildə satışdan 99 milyon 886 min manat cəmi gəlir əldə etmişdi.
Satışın maya dəyəri xaric ötən il ümumi mənfəət 9 milyon 720 min manat təşkil edib. 2018-ci ildə bu məbləğ 9 milyon 262 min manat idi. 2018-ci ildə 4 milyon 697 min manat təşkil etmiş “sair əməliyyat xərcləri”nin 2019-cu ildə 553 min manat düşməsilə əlaqədar olaraq, əməliyyat mənfəəti təxminən 5 dəfə artaraq 6 milyon 241 min manat təşkil edib. Şirkət ötən il əməliyyat mənfəətindən 1 milyon 248 min manat mənfəət vergisi ödəyib.
“İSTEHSALIMIZ 50% AZALIB”
"Gəncə Avtomobil Zavodu" İB Müşahidə Şurasının sədri Xanlar Fətiyev istehsalın 50% azaldığını bildirmişdir:
“Bu gün orta hesabla 2-4 traktor yığımı həyata keçirilir ki, bu da adi iş rejimində olduğundan 50 faiz aşağıdır. Mart ayında orta hesabla 35 traktor yiığılmışdır. Hazırda yetər sayda yığılmış müxtəlif modeldə traktor və kənd təsərrüfatı texnikaları var. Əgər tələbat olarsa müraciət edən hər kəsin istəyinə uyğun texnika ilə təmin edə bilərik”
RƏHBƏRİ DƏYİŞİB
Bir müddət əvvəl mətbuatda çıxan məlumatlara görə, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin direktoru Kamran Nəzərov uzunmüddətli məzuniyyətə çıxıb. Məlumata görə, hazırda onu I müavini Bağban Nəbiyev əvəz edir. İstehsalat Birliyi K.Nəzərovun məzuniyyətinin səbəbi və nə qədər davam edəcəyi barədə açıqlama verməyib.
Xəbər verdiyimiz kimi, "Gəncə Avtomobil Zavodu"nda 2019-cu ildə 905 ədəd traktor istehsal edilib. 2018-ci illə müqayisədə traktor istehsalı 30.5% azalıb. 2018-ci ildə ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.
Azərbaycanda traktorların yeganə istehsalçısı Gəncə Avtomobil Zavodu 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar yığaraq “Aqrolizinq” ASC-yə təhvil verirdi. “Aqrolizinq” aldığı traktorları lizinq şərtləri ilə fermerlərə satırdı.
2019-cu ildən mexanizm dəyişib. Artıq texnikaların güzəştli şərtlərlə əldə edilməsini Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. Agentlik Gəncə Avtomobil Zavodundan və digər şirkətlərdən traktor alaraq fermerlərə satmır. İndi seçim azaddır. Fermer istədiyi təchizatçıdan (şirkətdən) texnikanı (o cümlədən traktoru) seçir, müqaviləsini bağıayır, pulunu ödəyir və sonra 40% güzəşti almaq üçün Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir. Yəni, 40% güzəştlə traktor alan zaman mütləq Gəncə Avtomobil Zavodunun traktorunu almaq tələbi yoxdur.
Ehtimal ki, dövlət sifarişlərinin olmaması ilə də bağlı olaraq Gəncə Avtomobil Zavodunun istehsalı azalıb. Azərbaycan bazarında müxtəlif markaların traktorları satılır və fermerlə bu traktorları da dövlətin dəstəyi ilə əldə edə bilirlər. Qısası, bazarın liberallaşması Gəncə Avtomobil Zavoduna mənfi təsir edib.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
- 11 d. əvvəl
-
16 d. əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 17 d. əvvəl
-
26 d. əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
- 58 d. əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 15 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Ən çox oxunanlar
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”
Avropa Mərkəzi Bankı faizlərini dəyişdirmədi
Azərbaycanda bank müştəri hesablarının sayı 17%-ə yaxın artıb
Dövlət Vergi Xidməti proqnozdan 50 milyon manat daha çox vergi yığıb
Azərbaycanda restoranda robot-ofisiant xidmət göstərməyə başlayıb





















