Putin Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçdiyini elan etdi
Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, COVID-19 infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini bəyan edib.
Qızının COVID-19-a qarşı peyvənd olunduğunu açıqladı
Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi iclasda qızının yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunduğunu da açıqlayıb.
Qızlarından birinin COVID-19-a qarşı peyvənd olduğunu qeyd edən V. Putin vurğulayıb ki, birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə olub, növbəti gün isə 37-dən bir az çox olub.
Koronavirus peyvəndi haqda məlumatlar
Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib.
Bu barədə Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib.
O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib.
“Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”, - deyə rusiyalı nazir vurğulayıb.
İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 14 d. əvvəl
- 45 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“A-Qroup Sığorta Şirkəti”ndə yeni təyinat
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
ABŞ-dən İrana yeni sanksiya
Ən çox oxunanlar
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib


















