Dollar bahalaşdı, Avro ucuzlaşdı
Bu gün Avrozona, İngiltərə və ABŞ-dan istehsal sektoru ilə bağlı önəmli fundamental göstəricilər yayımlanacaqdır.Beynəlxalq maliyyə bazarlarında ABŞ ilə Çin arasında siyasi münasibətlərin daha da pozulması ehtimalları və Avrozonaya dair iqtisadi inkişaf göstəricilərinin proqnozlaşdırılandan da pis açıqlanması, dolların aparıcı valyutalara nisbətən qiymətlərinin bahalaşmasına səbəb olub. Avrozonaya dair fundamental göstəricilərin proqnozlaşdırılandan pis açıqlanması, iqtisadiyyatdaki pisləşmənin və risklərin arta biləcəyinə işarədir. Xatırlatmaq lazımdır ki, ABŞ üzrə inkişaf göstəriciləri proqnozlardan yaxşı dərc edilmişdir.
Lakin Asiya sessiyasında yenidən ucuzlaşmağa başlayan, dollar indeksi, beləliklə, keçən həftənin müqavimət səviyyəsi altında qaldıqca, yenidən ucuzlaşmaqda davam edəcəyi proqnozlaşdırılır.
Hazırda foreks bazarlarında məzənnələrə əsas istiqamət verici qüvvə avro və dolların qiymətləridir. Son zamanlar ya avroya olan tələbin artması ilə dollar ucuzlaşır və ya əksinə. Bu tendensiyadan digər valyutaların məzənnələri də təsirlənməkdədir.
Bununıa yanaşı, bu gün Bakı vaxtı ilə saat 12:00-da Avrozonadan, saat 12:30-da İngiltərədən və 18:00-da ABŞ-dan dərc ediləcək istehsal sektoru ilə bağlı önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz
























