Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam_21

"Moody's" 5 Azərbaycan bankının reytinqinə yenidən baxıb

AzVak-mobil_resmin_ustu_31
"Moody's" 5 Azərbaycan bankının reytinqinə yenidən baxıb
iç səhifə xəbər şəkil altı (mobil)_32

"Moody's” beynəlxalq reytinq agentliyi “Kapital bank”, “Azərbaycan Beynəlxalq Bankı”, “Xalq Bank”, “Bank Respublika” və “Bank of Baku” ASC-lərinin reytinqlərinin dövri baxışının başa çatdığını elan edib.

Agentliyin yaydığı məlumata görə, “Moody's” bu dövri araşdırmalarda reytinqlərin uyğunluğunu, son dəyişiklikləri qiymətləndirir, oxşar reytinqli bankların maliyyə və əməliyyat profillərinin müqayisəsini təkrar aparır.

Reklam_3_11

Sözügedən icmalda reytinq komitəsi iştirak etmir və bu kredit reytinqinin dəyişilməsinin və yaxın gələcəkdə kredit reytinqində dəyişiklik olacağına işarə deyil. Agentlik qeyd edir ki, kredit reytinqi və ya proqnozu dövri baxışda dəyişdirilə bilməz.

Qeyd edək ki, hazırda “Moody's” xarici və milli valyutada uzunmüddətli depozit reytinqi üzrə “Kapital bank”ı “Ba3” səviyyəsində, “Azərbaycan Beynəlxalq Bankı”nı “B1”, “Xalq Bank”ı “B2”, “Bank Respublika”nı “B3”, “Bank of Baku”nu isə “Caa1” səviyyəsində qiymətləndirir. 

Bundan əlavə, agentlik baza kredit ödəmə qabiliyyəti üzrə (BCA) “Kapital bank”ı “b1” səviyyəsində, “Azərbaycan Beynəlxalq Bankı”nı,  “Xalq Bank”ı və “Bank Respublika”nı “b3”, “Bank of Baku”nu isə “caa1” səviyyəsində qiymətləndirir.

APA

01.08.2020 14:22
Mobil-xeber-sonu-paylaş-düyməsinin altı-1_33

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü-2_17
Desktop_sag_18-ci-yer_18
Xəbər mətn sağ 5-ci_19