Unibank yeni nəsil smart kassaları istifadəyə verib
(®️) Unibankpartnyoru olan biznes sahiblərinin ödəniş, uçot sitemi və digər funksiyalar üçün bir neçə cihazdan istifadəsinə artıq ehtiyac yoxdur.
Bank kiçik və orta biznes sahibkarları, pərakəndə satış nöqtələri, kafe və restoranlar, xidmət sahələri və çatdırılma xidmətlərinin müştəriləri üçün smart kassa cihazlarını istifadəyə verib. “Unibank”ın yeni nəsil smart POS-terminalları özündə POS-terminal və kassa aparatını birləşdirməklə bərabər, ƏDV qaytarılması, uçot sistemi, taksitli ödəniş, cash back hesablanması, kamera, təmassız ödənişlərin qəbulu, tam sensor ekran və digər müasir yenilikləri cəmləşdirir. Yeni nəsil smart kassalar biznes sahiblərinin əlavə vaxt itkisinin də qarşısını almış olacaq. Yeni nəsil smart kassaları Android əməliyyat sistemi əsasında fəaliyyət göstərir və özündə aşağıdaki xüsusiyyətləri daşıyır:
- Müştəri Bank (İnternet bankçılıq) vasitəsilə məsafədən idarə olunma;
- Kart olmadan smartfonlar vasitəsilə təmassız ödənişlərin qəbulu;
- Ekranda müştərinin imza atma və imzanın çekdə əks olunması imkanı;
- Taksitlə (aylara bölünməklə ödəmə) ödənişlərin qəbulu;
- Cashback, millərin və uBank bonusların dərhal hesablanılması;
- BarCode və QR Code-ların skan olunması;
- Yaddaş kartının dəstəklənməsi;
- Ekranda video rolikin əks olunması;
- Bluetooth dəstəklənmə;
- Foto və video kamera;
- Printer funksiyası;
- POS terminal, Kassa aparatı, Anbar uçot sistemi funksiyaları;
- Wifi və GPRS kanalları ilə şəbəkəyə qoşulma imkanları;
- Rəngli və touchscreen ekran;
- Vergilər Nazirliyinin informasiya sistemi ilə inteqrasiya nəticəsində məhsulun QR (sürətli məlumat) kodunun çap olunması ilə nağdsız ödənişlərə görə qaytarılacaq 15%, nağd ödənişlərə görə isə 10% cashback məbləğini real rejimdə əldə etmək imkanı.
Smart kassa aparatlarını əldə etmək istəyən sahibkarlar “Unibank”a müraciət edə bilər.
Bankın məhsul və xidmətləri haqda ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 13 d. əvvəl
- 21 d. əvvəl
- 31 d. əvvəl
-
47 d. əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
PAŞA Bankın İPO-sunda kiçik investorların süni sıxışdırılmasının qarşısı alınacaq
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək

























