Dollar aparıcı valyutalara nisbətən ucuzlaşıb, minimumlarını yeniləyib
FED sədrinin çıxışından sonra minimumları yenilənən dollara təsiri baxımından bu gün birjalarda önəmli gündür.Foreks bazarlarında dolların aparıcı valyutalara nisbətən qiymətləri ucuzlaşaraq, minimumlarını yeniləyib. Buna səbəb isə Amerika Mərkəzi Bankının (FED) sədrinin çərşənbə günü mətbuat konfransında çıxışı zamanı, istehlak xərclərin artmasına baxmayaraq, iqtisadi inkişafının insanlarn özlərini yalnız güvəndə hiss etdiklərində baş verəcəyini və virus rəqəmlərinin iqtisadiyyata yük olduğunu açıqlaması olub. Bununla yanaşı, kredit və debit kartdan istifadə üzrə indikatorlar da iyun ayından etibarən pisləşib. FED bir daha dayanıqlı inkişaf üçün fiskal və monetar dəstəyin labüd olduğunu vurğulayıb.
Beləliklə, son iki ilin minimumlarını yeniləyən dollar indeksinin, növbəti istiqaməti gələcək günlər ərzində yayımlanacaq önəmli fundamental göstəricilərdən asılı olacaqdır. Bu gün isə Bakı vaxtı ilə saat 16:30-da dərc ediləcək Amerikanın iqtisadi inkişafı ilə bağlı önəmli statistik məlumatlar, investorların diqqət mərkəzində olacaqdır.
Dollar indeksinin dalğalandığı cari səviyyələr, Amerika iqtisadiyyatının ikinci rübdə 34% azalacağı proqnozlarını nəzərə alıb. Bu gün yayımlanacaq göstərici bundan daha pis olarsa, dollar daha da ucuzlaşa, yaxşı açıqlanarsa, dollarda eniş dalğası fonunda korreksiya müşahidə oluna bilər.
Qeyd etmək lazımdır ki, Amerika hökümətinin iqtisadi dəstək proqramı ilə yanaşı, FED də Korona böhranı ilə əlaqədar beş kredit proqramı başladıb. Bunlar şirkət istiqrazları, əmək haqlarının ödənilməsi, birbaşa biznes kreditləri, bələdiyyələr və şirkətlərin qısa müddətli borc kağızları üçün nəzərdə tutulmuş proqramlardır. İlk üç layihələrin müddətləri ilin sonuna kimi uzadıldı, dördüncü dekabrın 31-inə, sonuncu isə mart ayına kimi planlaşdırılır. Hökümətin nəzərdə həyata keçirdiyi proqram isə bu ayın sonu bitdiyi üçün bazar ertəsi təklif edilən yeni proqramın Konqresdə qəbul olunması gözlənilir. Lakin burada da partiyalar arasında ciddi fikir ayrılıqları mövcuddur, proqramın müzakirəsi və qəbulu Amerikada növbəti siyasi risk dalğası ilə müşaiyə oluna bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















