Avro və funt bahalaşmaqda davam edir
Beynəlxalq valyuta birjalarında avro və funtun qiymətləri bahalaşmaqda davam edir.Avro və Funtun qiymətlərində bahalaşma həm fundamental, həm də texniki səbəblərə əsaslanır. Funtamental olaraq, Avrozona və İngiltərə iqtisadiyyatlarının Amerika ilə müqayisədə daha sürətlə canlanması və daha yaxşı vəziyyətdə olması, EUR/USD və GBP/USD məzənnələrinə olan etimadı artırır. Texniki olaraq isə avro/dollar valyuta cütlüyünün qiymətinin cari ilin maksimumum səviyyəsinə (1.15) yaxın dalğalanması və beləliklə, müqavimət səviyyəsinin qırılması ehtimallarının artması, məzənnə üzrə alış əməliyyatlarının da artmasına təkandır. Funt/Dollar valyuta cütlüyü üçün də eyni sözləri yazmaq mümkündür. 1.28$-ın qırılmaq üzrə olması, burada da alış əməliyyatlarının artmasına səbəb olur.
Foreks bazarlarında dolların ucuzlaşması, dollar ilə qiymətləndirilən digər maliyyə aktivlərində də bahalaşma müşahidə edilir. Bu mənada əlvan metallar bazarlarında qızılın qiymətində də bahalaşma davam edir. Son 8 ilin maksimum səviyyəsində ticarət edilən bir unsiya üzrə qiymət, 1840/58$-a kimi də dəyər qazana bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
7 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
-
13 saat əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 2 gün əvvəl
-
2 gün əvvəl
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
PAŞA Bankın IPO-su uğurla yekunlaşdı: investor sifarişləri təklifi 15 milyon manat üstələdi
PAŞA Bank-ın səhmləri yerləşdirildi: 18 000-ə yaxın unikal investordan 66,3 milyon manatlıq 20 000-dən çox sifariş



























