İki böhran ilə bu ölkə çox çətin vəziyyətdədir
Livan, bir tərəfdən iqtisadi böhranla, bir tərəfdən də koronavirus epidemiyası ilə mübarizə aparır. İki böhranın birləşməsi, ölkəni çox çətin bir vəziyyətə gətirib.
Marja Business Insider-ə istinadən xəbər verir ki, Livan Poundu, oktyabr ayından bəri 80% dəyərdən düşüb. Eyni müddətdə qida qiymətləri isə təxminən 56% yüksəlib. Ölkədə yaşayan suriyalı bir iqtisadiyyat müəllimi olan ancaq mühasib köməkçisi olaraq işləyən Məhəmməd, "Dollar bahalaşmadan əvvəl aylıq maaşım 15-20 gün dolanmama çatırdı. İndi eyni pulla yalnız 5 gün dolana bilirəm! Yalnız həyatda qalacaq qədər xərcləyirik. Davamlı borclanırıq. Qorxuram iyul sonunda hamımızı işdən çıxardacaqlar" bildirib.
ƏHALİNİN 75%-İ YOXSULLUQ SƏRHƏDİNDƏ
Birləşmiş Millətlər Təşkilatının nəşr etdiyi bir hesabata görə ölkədə, aprel ayının sonundan bəri əhalinin yarısı qidaları almaqda çətinlik çəkir. Təxminən 6 milyon əhalisi olan Livanda oktyabr ayından bəri işini itirənlərin sayı 300 mini keçib. Dünya Bankına görə, qısa müddət ərzində əhalinin 75%-i yoxsulluq sərhədində yaşayacaq.
ÇÖRƏK BİR HƏFTƏDƏ 33% BAHALAŞIB
Rəsmi olaraq 1 ABŞ dolları 1500 Livan Pounduna bərabərdir. Ancaq qara bazarda bu rəqəm 4000 Livan Pounduna qədər çıxır. Son 1 həftədə çörək qiymətləri 33% artıb. Qısa müddət ərzində dərman və benzin qiymətlərinin də yüksək nisbətdə artacağı gözlənilir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 həftə sonra
- 4 gün sonra
-
- 1 gün sonra
- 7 d. əvvəl
- 39 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Şirkətin yerləşdiyi ərazidə park salınacaq, bina və qurğuları tamamilə söküləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 31 GÜN
Sərfəli şərtlərlə zaminsiz kreditlər
Dövlət şirkətinə Baş direktor təyin edilib
Misin qiyməti rekord səviyyəyə yaxınlaşır
Mayın 14-nün hava proqnozu - 31° isti gözlənilir
Ən çox oxunanlar
"Azər Türk Bank"dan rabitə və informasiya texnologiyaları işçiləri üçün istehlak kreditləri kampaniyası
Azərbaycan neftinin son qiyməti
AFB Bank mobil tətbiqini yenilədi
SOCAR 20 faizlik payının bp-yə satışı ilə bağlı məlumat yaydı






.jpg)
.jpg)






.jpg)






