Kredit zəmanət mexanizmində əlavə və dəyişikliklər edilib
Tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyaları veriləcəkMəlum olduğu kimi, 2018-ci ilin sonlarından etibarən İpoteka və Kredit Zəmanət Fondu tərəfindən tətbiqinə başlanılan kredit zəmanət mexanizmi sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsinə, banklar tərəfindən yüksək keyfiyyətli kredit portfelinin formalaşdırılmasına və ölkədə iqtisadi aktivliyin artırılmasına xidmət edir.
Qeyd olunan mexanizm müvəkkil banklarla Fond arasında risklərin səmərəli şəkildə bölüşdürülməsi hesabına bankları kiçik və orta sahibkarların kreditləşdirilməsinə stimullaşdırır. Eyni zamanda, təminat səviyyəsi qənaətbəxş səviyyədə olmayan sahibkarların kredit resurslarına çıxışını təmin edir və faiz subsidiyaları vasitəsilə sahibkarların kredit yükünü azaldaraq onların fəaliyyətini dəstəkləyir.
İpoteka və Kredit Zəmanət Fondunun yaydığı məlumatda bildirilir ki, mexanizm tətbiq edilərkən Fond tərəfindən digər qabaqcıl ölkələrin kredit zəmanət sahəsində mütərəqqi təcrübələri öyrənilib, beynəlxalq maliyyə institutlarının tövsiyələri, habelə ölkəmizin mövcud iqtisadi reallıqları və xüsusiyyətləri nəzərə alınıb.
Ötən dövr ərzində zəmanətlərin verilməsi prosesinin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması üçün mütəmadi olaraq təhlillər aparılıb, sahibkarlar arasında sorğular keçirilib, müvəkkil banklarla qarşılıqlı müzakirələr aparılıb, mexanizmin genişlənməsi ilə bağlı maneə və çətinliklər dərindən öyrənilib. Aparılmış təhlillərin nəticəsi olaraq, sahibkarların ehtiyacları və bankların təklifləri nəzərə alınaraq mərhələli şəkildə aşağıdakı əlavə və dəyişikliklər edilib:
-mövcud zəmanət mexanizmi çərçivəsində Fond tərəfindən təminatlı kreditlərlə yanaşı, ümumiyyətlə tam təminatsız kreditlərə də zəmanət və faiz subsidiyalarının verilməsi təmin edilib;
-əsasən kiçik sahibkarlar üçün 100 min manatadək kreditlər üzrə müvəkkil bankların təhlili və qərarı əsasında, əlavə maliyyə sənədləri tələb olunmadan zəmanətlərin verilməsi mexanizmi yaradılıb;
orta sahibkarlıq subyektlərinin ehtiyaclarını nəzərə alaraq, 500 min manatadək kreditlər üzrə zəmanətlərin verilməsi ilə bağlı qiymətləndirmə prosesinin sadələşdirilməsi və sürətləndirilməsi üçün tələb olunan sənədlərin siyahısı minimal səviyyəyə endirilib;
-sistem çərçivəsində qısamüddətli (maksimum 6 aylıq) sahibkarlıq kreditlərinə zəmanətlərin verilməsi üzrə yeni mexanizm formalaşdırılıb;
-zəmanət üçün müvəkkil banklardan alınan komissiya haqları minimal hədlərə endirilib.
Kredit zəmanət sisteminin daha da təkmilləşdirilməsi və faiz subsidiyası mexanizminin effektivliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 7 may 2020-ci il tarixli Fərmanı ilə “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli Fərmanına dəyişikliklər edilib. Bankların risklərinin daha çox hissəsinin Fond tərəfindən öz üzərinə götürülməsi və onların kreditləşmə fəaliyyətini stimullaşdırmaq məqsədi ilə Fərmanla aşağıdakı dəyişikliklər edilib:
-bir kredit üzrə zəmanətin kreditə nisbətinin yuxarı həddi 75%-dən 85%-dək artırılıb;
-Fond tərəfindən banklara zəmanət ödənişləri üzrə 7%-lik hədd 10%-dək artırılıb;
-zəmanət üzrə müraciətlərə baxılmağa görə birdəfəlik xidmət haqqı və zəmanət, o cümlədən faiz subsidiyası limitlərinin istifadəsi ilə bağlı cərimə və məhdudiyyətlər ləğv edilib.
Yuxarıda qeyd olunanlarla yanaşı, kreditlər üzrə faiz subsidiyalarının ayrılmasının daha da sadələşdirilməsi və xüsusilə, ixracatla məşğul olan sahibkarların dəstəklənməsi məqsədilə investisiya təşviqi sənədi almış və ya cari ildə ixrac təşviqi ödənilmiş sahibkara ayrılan kreditlər üçün faiz subsidiyası kreditin müddətindən asılı olmayaraq 10% müəyyən edilib.
Görülmüş işlər nəticəsində bu günə mexanizm çərçivəsində Fondun zəmanəti ilə müvəkkil banklar tərəfindən sahibkarlara 91 mln. manatdan artıq kredit ayrılıb və həmin kredilər üzrə faiz subsidiyalarının hesablanmış məbləği 12,2 mln. manatdan artıq məbləğdə nəzərdə tutulub. Zəmanət verilmiş kreditlərin orta müddəti 30 ay təşkil edir, kreditlər üzrə subsidiya hesabına borcalanlar tərəfindən ödəniləcək faizlərin həcmi isə 6%-ə enib. Bu kreditlər vasitəsilə biznes layihələrinin maliyyələşməsi hesabına 1500-dən çox yeni iş yerinin açılması təmin ediləcək. Zəmanət verilmiş kreditlər əsasən qida sənayesi məhsullarının istehsalı, kənd təsərrüfatı, ticarət xidmətləri, maşın və avadanlıq istehsalı, eləcə də digər sənaye məhsullarının istehsalı və emalı sahələrinə təqdim olunub.
Xüsusilə vurğulamaq lazımdır ki, sahibkarlıq kreditlərinin risk səviyyəsinin yüksək olmasına baxmayaraq, bugünədək Fond tərəfindən zəmanət verilmiş kreditlər üzrə defolt halları qeydə alınmayıb.
Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətlə əlaqədar ötən müddət ərzində Fond tərəfindən sahibkarlıq kreditləri üzrə restrukturizasiya müraciətlərinə də baxılıb və bu günə müraciət edilən 6 sahibkarlıq krediti üzrə restrukturizasiya həyata keçirilib.
Mexanizmin təkmilləşdirilməsi sahəsində növbəti mərhələdə xüsusilə mikro və kiçik sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, habelə banklarla yanaşı digər maliyyə-kredit təşkilatlarının da (bank olmayan kredit təşkilatları, lizinq şirkətləri və s.) kredit zəmanət mexanizmindən faydalanması üçün məqsədyönlü işlər davam etdirilir. Bu tədbirlərin müvafiq dövlət qurumları və beynəlxalq maliyyə təşkilatları ilə birlikdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd olunanlarla yanaşı, Fond tərəfindən zəmanətlərin verilməsi prosesinin avtomatlaşdırılması üzrə işlər artıq tamamlanıb və elektron sistemin növbəti aydan tam istifadəyə verilməsi nəzərdə tutur. Avtomatlaşmanın tətbiqi kredit zəmanətləri ilə bağlı proseslərin əlavə sənədlər tələb olunmadan və sürətli aparılmasına, mexanizmin əlçatanlığının daha da artırılmasına və sahibkarlara xidmət səviyyəsinin yüksəldilməsinə zəmin yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 4 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 5 saat əvvəl
-
5 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
6 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 7 saat əvvəl
-
7 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















