Avro və funtda bahalaşma sürətlənə bilər
Çin-Amerika arasında siyasi münasibətlərin yenidən pisləşməsinə, imzalanan ticarət sazişinin birinci mərhələsini təhlükə altına qoyur.Beynəlxalq valyuta birjalarında Amerikadan çərşənbə günü sənaye sektoru və cümə axşamı əmək bazarı ilə bağlı açıqlanacaq önəmli fundamental məlumatlar ömcəsi dolların digər aparıcı valyutalara nisbətən qiymətlərində ucuzlaşma müşahidə edilir. Bunun əsas səbəblərindən biri də iqtisadi yavaşlama ehtimalları ilə yanaşı, geosiyasi risklərin də yenidən arta biləcəyi ehtimallarıdır.
Çin höküməti tərəfindən Honkonqda yeni milli təhlükəsizlik qanunlarının qəbul ediləcəyinin bəyan edilməsi, Amerika ilə siyasi münasibətlərin yenidən pisləşməsinə, qarşılıqlı siyasi ittihamların artmasına səbəb olub. Bu, eyni zamanda yanvar ayında iki ölkə arasında imzalanan ticarət sazişinin birinci mərhələsini fonunda qarşılıqlı qəbul edilən öhdəlikləri də təhlükə altına qoyur.
Hazırda yaranan yuxarıdaki şərait fonunda EUR/USD və GBP/USD məzənnəsi dəstək görərək, bahalaşıb. Avro 1.13, funt sterlinq isə 1.24$ üzərində möhkəmlənə bilər, dəstək arta və bahalaşma sürətlənə bilər. Bu baxımından sabah və həftə ərzində dərc ediləcək Avrozona və İngiltərə iqtisadiyyatlarına dair önəmli fundamental göstəricilər də diqqət mərkəzindədir.
İqtisadi və siyasi risklərin artması, əlvan metallar bazarlarında da qızıla olan tələbin artmasına təsir edib. Bir unsiya üzrə qiymət keçən həftədən bahalaşaraq, son yeddi ilin maksimumunu qırmaq üzrədir. Bunun baş verəcəyi təqdirdə dəyər qazanma 1826$-a kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 25 d. əvvəl
- 39 d. əvvəl
- 9 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
15 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
15 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
15 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
14 bəndlik ABŞ-İran sülh planı açıqlandı
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur


























