Ərəblərin zövqlərinə uyğun şoular təşkil edirlər
Bu ilin ilk 3 ayı ərzində Azərbaycana 544 min nəfər turist gəlib. Ötən illə müqayisədə Azərbaycana gələn turistlərin sayı 24,9% artıb. Eyni zamanda, ötən illərlə müqayisədə Azərbaycanda turizm sahəsi 25% inkişaf edib.
Statistikaya görə, ötən il Azərbaycana gələn xarici vətəndaşların ümumi sayında Rusiya (33 faiz), Gürcüstan (22,5 faiz), Türkiyə (13,9 faiz) və İran (10,9 faiz) vətəndaşları çoxluq təşkil edib. Bir sıra ölkələrin, o cümlədən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Koreya respublikası, Malayziya və Sinqapur vətəndaşları üçün 2016-cı ildən etibarən hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsinə başlanılması ölkəmizə səyahət edən xarici turistlərin sayını əhəmiyyətli dərəcədə artırıb.
Bakı sahibkarları arasında turist artımının işlərinə təsiri ilə bağlı sorğu keçirilib.
Turistlərin əyləncə məkanı olan "Pub"larda son vaxtlar müştərilərin sayı xüsusilə BƏƏ-dən gələn turistlərin hesabına artıb. "Pub" administratoru Aygün Cəfərova bildirib ki, müştəriləri məmnun etmək üçün menyularını onların təlabatlarına uyğun olaraq genişləndiriblər.
Suvenir və geyim mağazalarında aparılan müşahidələrdən belə qənaətə gəlmək olar ki, ölkəyə gələn qonaqlar daha çox buta ornamenti ilə bəzədilmiş geyimlərə və suvenirlərə üstünlük verirlər.
Taksi sürücüləri arasında isə bu vəziyyət fərqlidir. Xüsusilə "London taksi"lərinin sürücülərinin bir qismi taksi proqramlarının onların işinə mane olduğunu bildirsələr də, bir qismi də turistlərin daha çox bu taksilərdən istifadə etdiyini deyərək, razılığını bildirdi.
Yerli sahibkarlar arasında aparılan sorğu göstərdi ki, sahibkarlar daha çox ərəb ölkələrindən gələn turistlərin çoxluğunu nəzərə alaraq xidmələrində onlara uyğun dəyişiklər ediblər. Bəzi restoranlar menyularına ərəb turistlərin damaq dadına uyğun təamlar daxil edib, bəziləri isə onların zövqlərinə uyğun şoular təşkil edirlər.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 12 saat sonra
-
-
2 saat əvvəl
Dünya Bankı Bakının ekoloji problemlərinin həlli üçün 410 milyon dollar ayırmağı planlaşdırır
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Mehriban Əliyevanın sədrliyi ilə Rəqəmsal İnkişaf Şurasının ilk iclası keçirildi
- 8 saat əvvəl
-
9 saat əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Toyota Abşeron yeni nəsil RAV4 modelini təqdim etdi
"Nərimanov"da obyektlər sökülür?
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
"Sizin Lombard"ın xalis mənfəəti kəskin artıb
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!























