Lavanda təsərrüfatında məhsul yığımına başlanılıb
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstək və xidmətlərindən yararlanmış Qəbələ rayonunun Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatında məhsul yığımına başlanılıb.
KOBİA-dan MArja-ya daxil olmuş məlumatda bildirilir ki, 10 ha ərazidə yerləşən lavanda təsərrüfatında məhsul biçininə KOBİA-nın Qəbələ-Oğuz “KOB Dostu” ofisinin və Qəbələ Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri də dəstək göstəriblər.
Lavanda təsərrüfatının fəaliyyəti ilə tanış olan könüllülərə təsərrüfat və lavandadan hazırlanacaq məhsullar barədə ətraflı məlumat verilib. Könüllülər lavanda biçinində iştirak etməklə bu sahədə praktiki bacarıqlar əldə edib, həmçinin bu sahənin inkişafına ictimai dəstək nümayiş etdiriblər.
Ölkənin 20-yə yaxın şəhər və rayonunda fəaliyyət göstərən “KOB Dostu” ofislərinin könüllüləri məhsul yığımı dövründə müxtəlif təsərrüfatlarda olacaq, sahibkarlardan praktik biliklər öyrənməklə yanaşı, məhsul yığımı prosesində də iştirak edəcəklər.
Qeyd edək ki, KOBİA tərəfindən Çuxur Qəbələ kəndində yerləşən lavanda təsərrüfatına müvafiq sertifikatların alınması, satış üzrə əlaqələndirmə, yerli tərəfdaşların tapılması, eləcə də sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri üzrə məsləhət xidmətləri göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 7 d. əvvəl
-
-
24 d. əvvəl
Azərbaycana 4 ayda təxminən 100 milyon dollarlıq buğda idxal olunub -10 FAİZ ARTIB
- 46 d. əvvəl
-
49 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 25 GÜN
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb






.jpg)

















