"Azərişıq" böyük məbləğdə zərər açıqladı
"Azərişıq" ASC 2019-cu ili 54,9 milyon manat xalis zərərlə başa vurub. Halbuki qurum 2018-ci ildən 12,9 milyon manat xalis mənfəətlə çıxmışdı.
Ötən il "Azərişıq"ın elektrik enerjisinin satışından gəlirləri 1 milyard 232,4 milyon manat (əvvəlki ilə nisbətən 2,3% çox), satışının maya dəyəri 1 milyard 134,3 milyon manat (3,4% çox) olub. Eyni zamanda, paylama xərcləri 47 milyon manat (9,1% çox), inzibati xərcləri 62,1 milyon manat (21,6% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 15,6 milyon manat (32,4% çox), sair xərcləri 6,7 milyon manat (49,3% az), sair gəlirləri 102 min manat (99,8% az), xalis maliyyə xərcləri 19,8 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,8 milyon manat (89,5% az) təşkil edib.
Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 milyard 320,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri təxminən 5% artaraq 0,7 milyon manata, balans kapitalı isə 3,1% artaraq 1 milyard 620,8 milyon manata çatıb.
Xatırladaq ki, "Azərişıq" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 678,7 milyon manatdır.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)







.jpg)




