İranda koronavirusdan hər gün 100-dən çox insan ölür
Artıq bir həftədir ki, İranda koronavirusdan hər gün 100-dən çox insan ölür. Son 24 saat ərzində 2573 nəfər virusa yoluxub, 119 nəfər isə vəfat edib.
Bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 207 min 525 nəfərə, ölənlərin sayı isə 9742-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 166 min 427 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 3500-dən çox xəstənin vəziyyəti ağır olaraq qalır.
İranda vəziyyətin belə ağır xarakter alması mətbuatda və sosial şəbəkələrdə kəskin müzakirəyə səbəb olub.
Bəzi mətbuat orqanları yazır ki, sanksiyalar İran iqtisadiyyatına böyük mənfi təsir göstərir. Belə bir zamanda istehsal müəssisələrinin və ticarətin uzun müddət ərzində fəaliyyətini dayandırmaq daha böyük iqtisadi fəlakətə gətirib çıxara bilərdi. Bu səbəbdən də İran hökuməti iqtisadiyyatı bərpa etmək məcburiyyətində qaldı ki, bu da virusun yayılmasına gətirib çıxardı.
Tibb mütəxəssisləri isə vətəndaş məsuliyyətindən də çox şeyin asılı olduğunu bildirirlər. Qeyd olunur ki, insanlar həkimlərin məsləhətinə laqeyd yanaşaraq sosial məsafəni gözləmir, tibbi maska və əlcəklərdən istifadə etmirlər.
Azərtac
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
6 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib






















