"Mənfi vəziyyətə baxmayaraq, vergi və gömrük tərəfindən büdcənin icrası müsbət olmuşdur"
"Azərbaycan iqtisadiyyatı COVID-19 qlobal pandemiyası ilə əlaqədar olaraq üçqat fiskal şoka məruz qalmışdır""Mənfi vəziyyətə baxmayaraq, vergi və gömrük orqanlarının güclü fəaliyyəti sayəsində bu ilin ilk beş ayı üzrə büdcənin icrası müsbət olmuşdur".
Marja xəbər verir ki, bunu Prezident İlham Əliyevlə Dünya Bankının yeni vitse-prezidenti və digər nümayəndələri arasında videokonfrans zamanı Prezidentin köməkçisi Natiq Əmirov bildirib.
Prezidentin köməkçisi çıxışında bildirib ki, Azərbaycan iqtisadiyyatı COVID-19 qlobal pandemiyası ilə əlaqədar olaraq üçqat fiskal şoka məruz qalmışdır:
"Birincisi, qlobal ticarətin və artımın azalması nəticəsində neftin qiyməti kəskin şəkildə aşağı düşdü. İkincisi, neftin qiymətinin düşməsindən sonra pandemiya ilə əlaqədar karantinə qədər gəlirlərin, həmçinin iqtisadi və investisiya fəaliyyətinin azalması müşahidə olundu. Üçüncüsü, pandemiyaya görə səhiyyə, sosial və maliyyə sektorlarına dəstək xərcləri artmışdır. Bu mənfi vəziyyətə baxmayaraq, vergi və gömrük orqanlarının güclü fəaliyyəti sayəsində bu ilin ilk beş ayı üzrə büdcənin icrası müsbət olmuşdur. Büdcə profisiti 1,1 milyard manat təşkil etmişdir".
Natiq Əmirov bildirib ki, gələcəkdə büdcə siyasəti sosial müdafiə və iş yerləri ilə makroiqtisadi sabitliyə dəstəyin göstərilməsi və neft fondunda rahat rezervlər səviyyəsinin saxlanılması arasında optimal balansı tapmaqdan ibarət olan əsas hədəfə cavab verməlidir. O, bunun üçün qaydaları hazırlamaq və optimal balansı tapmaq məqsədilə Dünya Bankı ilə əməkdaşlığı davam etdirməyin məqsədəuyğunluğunu vurğuladı.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib





















