Müraciətlərin çoxu ümumi tibbi baxışla bağlı olub
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icbari tibbi sığorta 2020-ci 1 yanvar tarixindən 23 inzibati ərazidə - Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, İsmayıllı, Ağsu, Şamaxı, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Yevlax və Ağdaşda tətbiq edilir.
Agentliyin yaydığı məlumatda bildirilir ki, cari ilin ilk 5 ayı ərzində sözügedən ərazilərdə tibb müəssisələrinə 906 131 nəfər, 1 636 166 müraciət etmişdir. Bu müraciətlər üzrə 4 585 307 tibbi xidmət göstərilmişdir.
Vətəndaşların ən çox müraciət etdikləri regionlar Mingəçevir (240 093), Yevlax (135 380), Xaçmaz (114 385), Zaqatala (111 711) və Şəkidir (104 544). Ən çox tibbi xidmət göstərən tibb müəssisələri Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (1 085 076), Yevlax (338 175), Ağdaş (337 022), Qusar (258 071) və Quba rayon Mərkəzi Xəstəxanalarıdır (254 415).
Məlumatda qeyd edilib ki, Agentlik tərəfindən tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 5 TƏB-i əhatə edir. TƏB üzrə müraciət sayına gəldikdə, ən çox Bərdə-Yevlax TƏB-ə müraciət edilib. Bərdə-Yevlax TƏB üzrə 449 037, Şəki-Zaqatala TƏB üzrə 428 025, Quba-Xaçmaz TƏB üzrə 321 767, Göyçay-Kürdəmir TƏB üzrə 228 746 və Dağlıq Şirvan TƏB üzrə 205 232 müraciət qeydə alınıb.
Müraciətlərin çoxu ümumi tibbi baxışla (42 070) bağlı olub.
Ən çox müraciət edilən xəstəliklər sırasında yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası (36 951), essensial (birincili) hipertenziya (30 628), insulindən asılı olmayan şəkərli diabet (22 947), normal hamiləliyin gedişi üzərində müşahidə (18 212), diaqnozu müəyyən edilmiş, şikayəti olmayan şəxslərin ümumi tibbi baxışı və müayinəsi (17 169) və s. xəstəliklər yer alır.
Ümumilikdə 1021 həyati vacib-dəyəri yüksək olan əməliyyat həyata keçirilib. Bahalı əməliyyatlar arasında kardiologiya/ürək-damar cərrahiyyəsi (554), oftalmologiya (267), nevrologiya/neyrocərrahiyyə (76), urologiya (66) və travmatologiya (35) üzrə əməliyyatlar çoxluq təşkil edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
-
1 saat əvvəl
Əmək müqaviləsi, məzuniyyət, ezamiyyə və maaş hesablaması bir sistemdə
-
2 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
-
12 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
-
18 saat əvvəl
Dübəndi çimərliyinin neftlə çirklənməsinin səbəbi müəyyən edilib - RƏSMİ AÇIQLAMA
-
1 gün əvvəl
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
-
1 gün əvvəl
MSolution elektron pul təşkilatı lisenziyası ilə xidmət dairəsini genişləndirdi
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Rəsmi məzənnələr açıqlandı
Böyük Britaniya Baş nazir Starmerin verəcəyi qərarı gözləyir
Neft ABŞ-İran danışıqlarında irəliləyiş siqnalları fonunda ucuzlaşıb
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
İyunun 21-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
PAŞA Bankın yeni səhmlərinə tələb təklifi 29% üstələyib
Xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb
Azərbaycana turist axını 11 faiz azalıb
























