Bu gün Avropa Mərkəzi Bankı qərarını açıqlayacaq - AVRO...

Bu gün Avropa Mərkəzi Bankının (AMB) növbəti iclası keçiriləcək və Bank qərarlarını açıqlayacaqdır.
Marja xəbər verir ki, Bloomberg-in keçən həftə təşkil etdiyi sorğuya qatılanların böyük əksəriyyəti, AMB-nin qiymətli kağız (istiqraz) alışı proqramını 500 milyard avro artırmasını gözləyirlər.
AMB-nin əsas faizini 0%-də, depozit faizini mənfi 0,50%-də, marjinal borc faizini 0,25%-də dəyişməz saxlayacağı gözənilir.
AMB faiz qərarını Bakı vaxtı ilə saat 15:45-də açıqlayacaq. 16:30-da AMB sədri Kristin Laqardın (Christine Lagarde) mətbuat konfransı başlayacaqdır.
AMB Mart ayında 750 milyard avroluq (840 milyard dollar) pandemiya ilə mübarizə üçün təcili satınalma proqramı elan etmişdir. Bank indiyədək proqramın üçdə birindən də azını xərcləyib. AMB mövcud sürətdə gedərsə proqramın böyük olub olmadığını qiymətləndirmək üçün İyul ya da Sentyabr yığıncaqlarına qədər də gözləyə bilər.
Avropa Mərkəzi Bankının yığıncağından çıxacaq nəticələrə görə Avronun Dollar qarşısındak bahalaşması dayana da, davam da edə bilər.
Qeyd etdiymiz kimi, AMB İdarə heyətinin pandemiya ilə təcili istiqraz alışı proqramının 500 milyard avro (556 milyard dollar) artırması gözlənilir. Bu məbləğdən aşağı açıqlanacaq hər hansı bir dəstəyin Avronu ucuzlaşdıra biləcəyi gözlənilir.
Mart ortasından bəri, demək olar ki, Avro/dollar məzənnəsi 1.08 - 1.12 dollar aralığında qalıb. Bakı vaxtı ilə saat 08:50-də Avro/Dollar məzənnəsi 0,2% mənfidə olmaqla 1,1215 dollar səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
2 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
2 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
