"Azərbaycanın keçmiş nazirinin uşaqları Londonda 17 milyonluq əmlak alıb"
Keçmiş MTN naziri Eldar Mahmudovun övladları tərəfindən Londonda bir sıra dəbdəbəli mülklərin alındığı ortaya çıxıb.
“Guardian” qəzetinin bu gün dərc etdiyi araşdırmada bildirilir ki, bunlardan biri də Londonun məşhur “Harrods” mağazasının yaxınında yerləşən 17 milyon funt sterlinq dəyərində 4 mərtəbəli malikanədir.
“Cayman National Bank (Isle of Man) Ltd (CNBIOM)” şirkətindən 2019-cu ilin noyabr ayında ələ keçirilən və sonradan onlayn olaraq yayımlanan müştəri sənədlərinin keş fayllarına əsasən, Mahmudovun ailəsinin təxminən 100 milyon avroya yaxın bir biznes və əmlak imperatorluğu qurduğu məlum olub. Onun aktivlərinin demək olar ki, hamısı 36 yaşlı oğlu Anar və 31 yaşlı qızı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər hesabına əldə edilib.
Anar və Nərgiz Mahmudovun vəkilləri ailənin sərvətinin 19-cu əsrdə milyoner olmuş Aslan Aşurovdan miras qaldığını bildirib.
Həmçinin övladların əmlaklarının hamısının lazımi qaydada qeydiyyata alınaraq hesablandıqlarını və Anar Mahmudovun öz işində uğurlu bir biznesmen olduğunu bildiriblər.
Qeyd olunub ki, sızdırılmış sənədlərdə Anarın sərvətinin xalası, Bakıda neft və tikinti şirkəti qurmuş Elmira Mahmudovadan əldə olunduğunu izah edən bir məktub da aşkarlanıb.
Eyni zamanda araşdırmada müəyyən edilib ki, Mahmudovlar Malyorka, Lüksemburq və Litvada da mülk və şirkətlərə sahibdirlər.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
4 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
























