Unibank Tərtər sakininə bayram hədiyyəsi etdi
(®️) Unibank xalqımızı 28 May – Respublika Günü münasibəti ilə təbrik edir. Müstəqilliyimiz əbədi, bayrağımız hər zaman zirvələrdə olsun!
Müstəqilliyimizin 102-ci ildönümünü qeyd etdiyimiz bu gündə Tərtər sakini Həsən Əsgərov üçün ikiqat bayramdır. Unibank ona xeyli vaxtdır arzusunda olduğu şəxsi biznesini yaratmaqda kömək edəcək. Qarabağ müharibəsi əlili olan Həsən Əsgərov un məhsulları istehsalı ilə bağlı ailə biznesini böyütmək istəyirdi və yaxın günlərdə bu istəyi reallaşacaq.
Unibank həssas əhali qruplarının özünüməşğulluq proqramına qoşulub. Tərtər şəhər sakini Həsən Əsgərov da “Unibank”ın qoşulduğu özünüməşğulluq proqramında dəstək verəcəyi vətəndaşlarımızdan biridir. Bank öz korporativ sosial məsuliyyət prinsiplərinə uyğun olaraq, həssas əhali qruplarının özünüməşğulluq proqramı çərçivəsində daha bir neçə vətəndaşımıza öz biznesini qurmaqda kömək etməyi nəzərdə tutur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandum çərçivəsində banklar şəxsi biznesini qurmaq istəyən həssas əhali qruplarını öz biznes planlarına uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edir. Məqsəd həmin şəxslərin kiçik ailə bizneslərini qurmalarına və yaxud mövcud bizneslərini inkişaf etdirmələrinə dəstək olmaqdır.
Unibank-hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
6 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
Türkiyənin vitse-prezidenti Ermənistana səfər edəcək
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
MSolution ISO 27001 sertifikatını əldə etdi və PCI DSS uyğunluğunu yenidən təsdiqləndi






.jpg)
.jpg)






.jpg)






