Agent “Azsığorta”dan 86 min manatını ala bilmədiyini iddia edir
Uzun müddət “Azsığorta” ASC-nin agenti kimi fəaliyyət göstərən şəxs komission haqqını tam ala bilmədiyinə görə şirkəti məhkəməyə verib.
“Azsığorta” ASC-nin keçmiş əməkdaşı Ruslan Əsgərov müraciət edərək bildirib ki, “Azsığorta” ilə 2011-ci ildən sığorta vasitəçiliyi haqqında xidmət müqaviləsi, bu müqavilə üzrə 11 və 14.70 faiz komission mükafatların (haqların) verilməsi barədə müqavilə bağlayıb: “Uzun müddət bir çox obyektlərin sığortalanmasına vasitəçilik etmişəm. Onlardan ən məşhuru və böyük məbləğdə sığorta müqaviləsi bağlayan “Kristal Abşeron” şirkəti olub. Onların binalarının istifadəyə verilmədən öncə sığortalanması üçün mən sığorta agenti kimi vasitəçilik etmişəm”.
R.Əsgərovun sözlərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatasından onun sorğusuna verilən rəsmi cavabda qeyd olunub ki, onun vasitəçiliyi ilə 2 668 sığorta müqaviləsi bağlanıb, 1 650 475 manat sığorta haqları məbləği toplanıb: “Lakin bunun müqabilində mənə 94 697 manat komission ödənilib. Ödənilən məbləğ də məktubda öz əksini tapıb. Amma bu rəsmi rəqəmlərə əsasən aparılan hesablamadan məlum olur ki, 1,6 milyon manat sığorta haqqının müqavilə şərtləri üzrə 11 faiz komission muzdu 181 553 manat təşkil edir. Lakin sığorta şirkəti tərəfindən bu məbləğin yalnız 94 697 manatı ödənilib. Bununla da “Azsığorta” ASC 86 856 manat məbləğində komissionu məndən gizlədərək ödəməyib”.
R.Əsgərov bildirib ki, bununla bağlı Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə də müraciət edərək haqlarının təmin olunmasına köməklik göstərilməsini istəyib.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) bildirilib ki, vətəndaş Ruslan Əsgərovun sahibkarlıq fəaliyyətində yaranmış çətinliklər barədə müraciəti 10 mart 2020-ci il tarixində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) daxil olub. Müraciətində qeyd olunanların ətraflı araşdırılması və müvafiq köməkliyin göstərilməsi məqsədilə KOBİA tərəfindən “Azsığorta” ASC-yə sorğu məktubu göndərilib, lakin hələ ki, Agentliyə bu sorğuya dair cavab məktubu daxil olmayıb.
Ruslan Əsgərovun müraciətinin cavablandırılmasının “Azsığorta” ASC tərəfindən müvafiq məlumatların KOBİA-ya təqdim olunduqdan sonra mümkün olduğunu nəzərə alaraq, müraciətin icra müddəti qanuna uyğun olaraq 30 iş günü (10 iyun 2020-ci il tarixinədək) müddətinə uzadılıb. Ruslan Əsgərovun müraciəti ilə bağlı aparılan araşdırma yekunlaşdıqdan sonra vətəndaşa qanunvericiliyə uyğun olaraq müvafiq cavab məktubu göndəriləcək”.
“Azsığorta” ASC-dən bildirilib ki, vətəndaş tərəfindən irəli sürülən tələb əsassızdır: “Heç bir əsas olmadan bu cür vasitələrə əl atmaq cəmiyyətdə mənfi rəy formalaşdırmaq istəyindən başqa bir şey deyil. Məsələ ilə bağlı işə hazırda məhkəmədə baxılır. Məhkəmənin qərarı olmadan detalların açıqlanması və ictimailəşdirilməsini düzgün hesab etmirik”.
©️ “Qafqazinfo”
Müştərilərin xəbərləri
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 d. əvvəl
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
- 49 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"Azərkəndtikinti"nin fəaliyyətinin bərpa edilməsi nəzərdə tutulur
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 22 GÜN
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
Maliyyə Nazirliyi uzun fasilədən sonra bazara qayıtdı - İllik 7%-lə 10 il müddətinə 200 milyon manat cəlb edir
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib















.jpg)





