Ofisiantlara bəxşiş bu cür ödəniləcək!
Bu xidmət ödənişlərini nağdsız aparan müştərilərə restoran və kafelərdə hesabdan əlavə ofisiantlara bəxşişlərini də kart vasitəsilə ödəmək imkanı yaradır.
(®️) Dünəndən etibarən paytaxtımızda bir çox ictimai iaşə məkanları fəaliyyətini bərpa etdi. Restoran və kafelər də qapılarını karantin günlərində bu məkanlar üçün darıxmış müştərilərin üzünə açdı. Beləliklə, həm sahibkarların, həm də müştərilərin Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə ilk olaraq tətbiq etdiyi maraqlı bir xidmətə ehtiyacları artdı. Bu, Bankın hələ fevraldan müştərilərin istifadəsinə verdiyi “BƏXŞİŞ” xidmətidir.
Sahibkarlar bu xidmətə qoşulmaqla müştərilərinin işini asanlaşdıra bilərlər. Belə ki, bu xidmət ödənişlərini nağdsız aparan müştərilərə restoran və kafelərdə hesabdan əlavə ofisiantlara bəxşişlərini də kart vasitəsilə ödəmək imkanı yaradır.
Keyfiyyətli xidməti ilə müştəri məmnuniyyəti yaradan xidmət personalına sifarişin haqqından əlavə bəxşişin də ödənilməsi əksər ölkələrdə olduğu kimi Azərbaycanda da geniş yayılmış ənənədir. Amma, əksər hallarda ölkəmizdə müştərilər restoranlarda bəxşiş verməkdən ötrü nağd puldan istifadə etməli olurdular. Çünki Azərbaycanda bu cür ödənişləri nağdsız aparmaq mümkün deyildi. Azərbaycan Beynəlxalq Bankı isə yeni funksiyanın tətbiqinə başlamaqla bu məhdudiyyəti aradan qaldırıb. Bankla tərəfdaşlıq edən bəzi xidmət məkanlarında (“Mangal Steak House”, “Nar&Sharab”, “Mozzarella”, “Argentina Steak House”, “St. Nizami 62”) bu funksiya artıq işləkdir.
Xidmətdən yararlanmaq istəyən digər ictimai iaşə məkanlarının sahibləri də bu xidmətin üstünlüklərindən faydalanmaq üçün Azərbaycan Beynəlxalq Bankının 937 nömrəli Məlumat Mərkəzinə müraciət edə bilər.
“BƏXŞİŞ” xidmətindən istifadə belə baş verir: müştəri sifarişinin haqqını kartla ödədikdən sonra istəyinə uyğun olaraq POS terminaldakı “BƏXŞİŞ” menyusuna keçid alır. Ödəmək istədiyi bəxşişin faiz dərəcəsini göstərib əməliyyatı tamamlayır. Bu yenilik müştəri məmnuniyyəti yaradır və nağdsız ödəniş ənənələrinin inkişafına töhfə verir.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 6 saat əvvəl
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 6 saat əvvəl
-
7 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
7 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
7 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 7 saat əvvəl
-
7 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 7 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
