“O bank Mərkəzi Bank tərəfindən bir dəfə xilas edilmişdi”
Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov açıq danışmaqda davam edir. O, bu gün ilk dəfə bildirib ki, 2016-ci ildə Azəriqazbank (AGBank) Mərkəzi Bank tərəfindən xilas edilib. Xilasetmənin şərtinə baxmayaraq bank sağlamlaşdırılmayıb. Nəticədə bu gün kapital çatışmazlığı 212 milyon manat olan bir banka bəzi ekspertlər tərəfindən “bu yaxşı bankdır” deyilməsi qeyri-peşəkarlıqdır.
Marja-nın məlumatına görə, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Mərkəzi Bankın sədri “Daha çox müzakirələr gedən Azəriqazbank haqqında demək istəyirəm” deyərək sözlərinə belə davam edib:
“Kənar audit 2019-cu ilin nəticələrinə görə bankın kapitalında çatışmazlıq, yəni minus kapital olduğunu qeyd etmişdir. Düzdür bizim qiymətləndirməmizdən aşağı qiymətləndirilmişdir, amma bu məsələ audit tərəfindən də təsdiq olunmuşdur. Bildirmək istəyirəm ki, 2016-cı ildə Mərkəzi Bank tərəfindən bu bankın bir dəfə xilas olunması həyata keçirilmişdir. Bu haqda danışılmır, biz də danışmamışdıq. İndi bildirmək istəyirəm ki, o vaxt biz təxminən əhalinin 77 milyon manat əmanətini bu banka kapital qoyuluşu kimi reallaşdırdıq. Dünyada belə bir təcrübə var. Sonra gözləyirdik ki, bu bank öz kredit portfeli ilə çalışacaqdır, sağlamlaşdırma tədbirləri həyata keçirəcəkdir. Lakin bu baş vermədi, bankın maliyyə vəziyyəti pisləşməyə başladı və dediyimiz səviyyəyə gəlib çıxdı.
“BƏZİ EKSPERTLƏR VƏZİYYƏTİ TƏHRİF ETMƏYƏ ÇALIŞIRLAR”
Bu gün həmin bankda səhmdarlar və əmanətçilər vəsaitlərini itirirdilər. Biz mətbuatı izləyirik, orada gedən müzakirələr ilə tanış oluruq. Bütövlükdə ekspert cəmiyyəti və bizim media işçiləri vəziyyəti əhəmiyyətli dərəcədə obyektiv izah edirlər. Lakin bəzi ekspertlər situasiyanı təhrif etməyə çalışırlar. Mən onların peşəkarlığını şübhə altına alıram ki, bizim məlumatlardan, açıqlamalardan sonra da “bu yaxşı bankdır”, “bu gözəl bankdır” ifadələri işlədirlər. Belə ifadələr peşəkar yanaşma deyil. Əgər kimsə öz peşəkarlığına hörmət edirsə insanları çaşdırmamalıdır. Əgər peşəkarlıq kənara qoyulubsa bunun başqa səbəbləri mümkündür”.
Xəbər verdiyimiz kimi, artıq lisenziyası ləğv edilmiş “AGBank” ASC-də də müvəqqəti inzibatçı tərəfindən aparılmış dəqiqləşdirmələrlə həmin bankın maliyyə vəziyyətinin qeyri-qənaətbəxş olduğu, kapital mövqeyinin tam itirildiyi təsdiq edilmiş və daha da pisləşdiyi məlum olmuşdur. 30 aprel 2020-ci il tarixinə bankın kredit portfelinin 51%-i qeyri-işlək statusundadır. Məqsədli ehtiyatlarda aparılan korreksiyalardan sonra bankın məcmu kapitalı mənfi 167 milyon manat təşkil etmişdir. Kapital mövqeyinin bərpası üçün 212 milyon manat məbləğində əlavə kapital qoyuluşu tələb olunurdu.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
2 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 2 saat əvvəl
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
4 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
5 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
7 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti























