“Bulud əsaslı imza” layihəsinə start verildi
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi və “Premium Bank” arasında “Bulud əsaslı imza” layihəsi istiqamətində əməkdaşlığa start verilib.
Bu gündən etibarən “Premium Bank”, müştərilərini “Bulud əsaslı imza” sertifikatları ilə təmin edəcək.
“Bulud əsaslı imza” bank əməliyyatlarını daha rahat şəkildə aparmaq, sənədlərin imzalanması prosesini elektron formada, təhlükəsiz və sürətli həyata keçirmək imkanı yaradır. “Bulud əsaslı imza” idarəçilik sistemi həm hüquqi öhdəliklərin təsdiqlənməsi, həm də təhlükəsizlik amili üzrə etibarlı mühitin yaradılmasını özündə əks etdirir.
Sözügedən imza sertifikatını əldə etmək üçün vətəndaş “Premium Bank”a müraciət edərək şəxsi məlumatlarını təqdim edir. Bu məlumatlara müştərinin şəxsiyyət vəsiqəsi məlumatları, istifadə etdiyi telefon nömrəsi (adına olması şərt deyil), elektron poçt ünvanı daxildir. Bank operatoru şəxsi məlumatları sistemə daxil edir və 2 dəqiqə ərzində sertifikat hazırlanır. Sertifikatın hazır olması haqqında təsdiqləyici SMS və FİN kod müştərinin mobil nömrəsinə göndərilir.
Adıçəkilən sertifikat vasitəsilə sənədlər həm müştəri, həm də bank əməkdaşı tərəfindən qarşılıqlı imzalanır.
Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, onlayn müstəvidə olan bu imzalama prosesi kağız üzərində imzalanmaya bərabər tutulur. İmzalanan sənədlərin təhlükəsizliyi tam qorunur.
Vətəndaş elektron xidməti seçdikdən sonra imzalama prosesi üçün birdəfəlik kod mobil nömrəsinə daxil olur. Sonra imzalanacaq sənədlər seçilir, açılan pəncərədə FİN kod və birdəfəlik kod daxil edilib OK düyməsi sıxılır. Bir neçə saniyə ərzində imzalanmış fayl (.edoc format) əldə olunur.
“Bulud əsaslı imza”nın etibarlılıq müddəti 3 il təşkil edir.
Qeyd edək ki, “Premium Bank”la birgə əməkdaşlıq nəticəsində reallaşan bu layihə vətəndaş məmnunluğunun artırılmasına xidmət edir. Bununla da vətəndaşlar məsafədən maliyyə hesabatlarını əldə edə, hesablarındakı qalıqlar barədə informasiya ala, bankla müqavilə bağlaya, kredit üçün müraciət edə və digər xidmətlərdən yararlana bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)







.jpg)









