“İnvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR
Beynəlxalq valyuta birjalarında Avrozonada iqtisadi risklərin ehtimal ediləndən daha çox ola biləcəyi gözləntiləri, avronun 1.09$-da növbəti dəfə müqavimətlə rastlaşmasına səbəb olur. Təhlillərə əsasən, EUR/USD məzənnəsi sözügedən səviyyənin altında qaldıqca, yenidən eniş dalğasının sürətlənməsi ilə 1.07$-a düşə bilər.
GBP
GBP/USD məzənnəsi də İngiltərə iqtisadiyyatı ilə bağlı açıqlanan mənfi fundamental göstəricilər fonunda təzyiq altındadır və 1.25$-ın altında qaldıqca, 1.23$-a kimi dəyər itirəcəyi ehtimal edilir.
Bununla yanaşı, çərşənbə günü Bakı vaxtı ilə saat 10:00-da İngiltərə iqtisadiyyatı ilə bağlı dərc ediləcək önəmli fundamental göstəricilər də investorların diqqət mərkəzindədir.
TRY
USD/TRY məzənnəsi maksimum səviyyələrini yenilədikdən sonra korreksiyaya başlayıb və 7.06TL-nin qırılması və altında qalması ilə 6.95TL-yə kimi də ucuzlaşa bilər.
Bazar ertəsi saat 11:00-da Türkiyənin işsizliyinə dair dərc ediləcək göstərici də məzənnənin gələcək dalğalanmasında önəmli rol oynayacaqdır.
OIL
Dünya iqtisadiyyatında neftə olan tələbin güclənəcəyi ehtimallarının artması ilə Brent neftinin bir barel qiyməti 32$-a kimi dəyər qazandıqdan sonra korreksiyaya başlayıb. Son bir həftə ərzində 32-29$ aralığında dalğalanan qiymət, uzun müddətli proqnozlarına əsasən, 25$-ın üzərində qaldıqca, 40$-a kimi dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da yayımlanacaq ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlərin diqqət mərkəzindədir.
GOLD
Əlvan metallar birjalarında qızılın qiyməti üzrə proqnozlara əsasən isə 1712$-ın (54.7 $/qram) altında ticarət edilən qiymət, sözügedən səviyyənin altında qalarsa, 1682$-a (53.1 $/qram) kimi də dəyər itirə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
- 1 gün əvvəl
-
1 gün əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
1 gün əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
