"Aqrokimya Azərbaycan” avqustda pestisid zavodunu işə salmağı planlaşdırır
Sumqayıt Kimya Sənaye Parkının (SKSP) rezidenti olan “Aqrokimya Azərbaycan” şirkəti 2017-ci ilin avqust ayında pestisid zavodunu işə salmağı planlaşdırır. Bu barədə jurnalistlərə şirkətin nümayəndəsi Əli Arman Kabakçıoğlu məlumat verib.
“Biz zavodun inşasına ötən ilin yanvarında başlamışıq və bu ilin avqustunda onu işə salmağı planlaşdırırıq”, - deyə o bildirib.
Nümayəndənin sözlərinə görə, bu, ölkədə yeganə, regionda isə ən iri pestisid zavodu olacaq.
Zavodda ildə 57 min ton maye və 13 min ton toz halında pestisid istehsal ediləcək.
Layihənin dəyəri 24,1 mln. manat təşkil edir.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 8 saat əvvəl
-
8 saat əvvəl
Yerli brend kişilərdən ibarət Azərbaycan milli komandasının sponsoru oldu - ANLAŞMA
- 9 saat əvvəl
-
9 saat əvvəl
Qusar meşəsində villa tikmək üçün ağaclar kəsilib? - Rəsmi açıqlama
- 10 saat əvvəl
-
10 saat əvvəl
İyunda Sofiya ilə Bakı arasında birbaşa aviareyslər təşkil ediləcək
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Əliyev və Radev mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
- 10 saat əvvəl