Atabank və Amrahbankda pulu qalanların nəzərinə - 60 GÜN VAXT VERİLİR
Ləğv prosesində olan “Atabank” ASC-nin və “Amrahbank” ASC-nin kreditorlarının nəzərinə!
Bakı Apellyasiya Məhkəməsinin 30 aprel 2020-ci il tarixli 2-3 (103)-129/2020 saylı qərarı ilə “Atabank” ASC, 30 aprel 2020-ci il tarixli 2-3 (103)-130/2020 saylı qərarı ilə “Amrahbank” ASC müflis elan edilmişvə iflas prosedurlarına başlanmışdır. Müvafiq qərarlar ilə Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin və “Amrahbank” ASC-ninləğvedicisi təyin edilmişdir.
Əmanətlərin Sığortalanması Fondundan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Azərbaycan Respublikası “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır. Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:
- kreditorun adı və ünvanı;
- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;
- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.
Ləğv prosesində olan “Atabank” ASC-nin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Bakı şəhəri, Şəmsi Bədəlbəyli küçəsi 102, ləğv prosesində olan “Atabank” ASC-nin baş ofisi.
Əlavə məlumat ücün əlaqə nömrələri: (+99412) 497-87-00;
Qaynar xətt – 136.
Ləğv prosesində olan “Amrahbank” ASC-nin kreditorlardan xahiş olunur ki, 1 iyul 2020-ci il tarixinədək kreditor tələbinin qeydiyyata alınması üçün aşağıda qeyd olunan ünvana müraciət etsinlər:
Bakı şəhəri, Xocalı prospekti 36 A, ləğv prosesində olan “Amrahbank” ASC-nin baş ofisi.
Əlavə məlumat ücün əlaqə nömrəsi: (+99412) 480-28-39.
Qeyd edək ki, qorunan əmanətçilərə sığorta hadisəsinin baş verməsi ilə əlaqədar kompensasiyaların “Kapitalbank” ASC vasitəsi ilə ödənilməsi barədə məlumat verilmişdir. Kompensasiyaların ödənişi ilə bağlı “Kapitalbank” ASC-nin müvafiq filialları və tələb olunan sənədlər barədə əlavə məlumat veriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 4 saat əvvəl
-
5 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
5 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
5 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 5 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
