"Fors major baş verməzsə, Manatın düşməsini proqnoz etmirik”
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
Bir müddət manat dollar qarşısında möhkəmlənsə də son iki gündə bunun əksi müşahidə edilir. Dünəndən başlayaraq əhalinin dollar tələbatının artması fonunda banklarda, eləcə də “qara bazar”da dollar bahalaşıb. Vəziyyəti şərh edən “AzFinance” İnvestisiya Şirkətinin direktor müavini İntiqam Səfərəliyev manatın kəskin dəyər itirməsini proqnoz etmədiklərini deyib:
“Hazırda əhalinin vəsaitlərinin 80-90%-i, sığorta təşkilatlarının məcmu aktivlərinin 60-70%-i xarici valyutadadır. Azərbaycan Beynəlxalq Bankı istisna olmaqla bütün banklar qanunun imkan verdiyi maksimum həcmdə uzun valyuta mövqeyindədir. Bütün bunlar göstərir ki, valyuta alacaq investor yoxdur”.
İ.Səfərəliyevin fikrincə, yeganə risk idxalın ixracı üstələməsi və dövlətin (Azərbaycan Beynəlxalq Bankı daxil olmaqla) xarici borclarının maliyyələşdirilməsidir. Bunun üçün də Neft Fondundan kifayyət qədər vəsait ayrılmışdır və bu borcların maliyyələşdirilməsi üçün dollar Neft Fondundan birbaşa alınacaq.
OFİS LƏVAZİMATLARI TOPDANSATIŞ QİYMƏTLƏRİNƏ!
Bəs hansı halda bu baş verməyə bilər? İ.Səfərəliyev manatın ucuzlaşmasında yeganə riskin neft qiymətlərinin düşməsi və neft fonduna nəzərdə tutulandan az vəsaitin daxil olmasını göstərib.
“Bunun nəticəsində gözlənilən vəsaitin ayrılmasında çətinlik yarana bilər. Ancaq indiki məqamda bu mümkün deyil. Neftin qiyməti dövlət büdcəsi və Neft Fondunun büdcəsi təsdiq edilən zaman nəzərdə tutulmuş 40 dollardan 30-37% bahadır. Hətta dövlət neftin belə qiymətində büdcəyə yenidən baxıb xərcləri artırmaq barədə fikirlərini də açıqlayıb”.
Manata təsir edəcək əsas amillərdən biri də idxalın artmasıdır. İ.Səfərəliyev hesab edir ki, idxalın artması əhalinin qənaət rejimində hərəkət etməsi ilə məhdudlaşır:
“Yalnız istehsal müəssisələrinin yaradılması məqsədilə, yəni investisiya məqsədilə idxal arta bilər. Nəticə olaraq demək olar ki, 2017-ci ildə heç bir fors major baş verməzsə manatın dəyərdən düşməsini proqnoz etmirik”.
© Fins.az
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
- 9 d. əvvəl
- 11 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq





















