Yelo Bank 300-dən çox ailəni sevindirdi - REPORTAJ
®️Düz iki həftə bundan öncə "Evdə qal, sağlam qal!" deyib sizi düşünərək çıxdıq bu yola. Bəri başdan deyək ki, bu yola ürəklə çıxdıq, hər qapını ürəklə döydük. Bizi ürəkli edən də bu idi - sevgi! Əziyyətli yol idimi? Bəli, amma əziyyətimiz halalınız olsun!
İkicə həftə ərzində Yelo Bank komandası Bakı, Abşeron və Sumqayıtdan olan 300-dən çox tənha ahılı, şəhid və məcburi kökçün ailəsini ziyarət edərək, onlara ərzaq və gigiyena məhsullarını çatdırıb. Məqsədimiz onların #EvdəQal çağırışına əməl etməsi və xoş əhval-ruhiyyə bəxş etmək idi.
İlk dayanacağımız Sumqayıt idi. Qapısını döydüyümüz Qubadlı rayonundan olan 150 məcburi köçkün ailəsindən ən yaddaqalanı Fatma xanım idi. Evinə girər-girməz gözümüz yatağında uzanmış təqribən 80 yaşlı heybətli qadının başının üstündəki igidin yadigar şəklinə sataşdı. "İgidin baxışı qılıncdan kəskindir" ifadəsini eşitmisiniz? Biz bunu yaşadıq! Eynilə şəhid qardaşımızın baxışları ilə bizə anası baxırdı. Üzdən də çox bənzəyirdilər. Gözlərində həm keçməyən övlad acısını gördük, həm də şəhid anası olmağın qürurunu. Bu baxışlar nə bu reportaja sığar, nə də bir qalın kitaba...
Əlimizdəki sovqatla donub qapıda qalmışdıq. Fatma ananın "onu itirəndə ağlamadım" deməsi bizi sanki yuxudan oyatdı. "Çünki sizin kimi övladlarım var mənim", - deyə ahıl qadın davam etdi. "O zaman övladlarından bu kiçik hədiyyələri qəbul et, ana. Növbəti görüşlərədək", - deyib sovqatları masanın üstünə qoyduq. Növbəti mənzilə çatanadək hamımız olduqca qısa, amma dərin mənalı dialoqun təsiri altında idik.
Səhəri gün missiyamız Xəzər rayonunun sakini olan tənha ahılları tək qoymamaq idi. Dövlət Sosial Müdafiə Fondundan aldığımız siyahı üzrə hərəkət edirik. Qısa haşiyəyə çıxıb deyək ki, bu layihənin köməyi ilə sanki bir daha millətimizin ən gözəl xüsusiyyətlərini görmüş olduq. Biz tarixən hətta ən çətin gündə belə ruzimizi bölüşməyi bacarmışıq...
Binə qəsəbəsində yaşayan Telnaz xanımla tanışlığımız bir daha bunu isbatladı. Onun qapısını döyüb gəlişimizin məqsədini dedik. Elə əlimizdə sovqatla qapıdan içəri keçmək istəyirdik ki, o sovqatı qəbul edə bilməyəcəyini dedi. Səbəb isə odur ki, iki gün öncə başqa bir təşkilat ona sovqat çatdırıb. Lakin II qrup əlil olan qonşusunun ərzağı tükənmək üzrədir. Xahiş etdi ki, sovqatı ona çatdıraq. Elə də etdik. İlk dəfədir ki, siyahıdan kənarlaşmalı olduq.
Qaradağ rayonunda da özümüzə xeyli dost qazana bildik. Sahil qəsəbəsində yaşayan Natiq kişi adınalayiq biridir - əsl natiqdir. Onunla ünsiyyət qurmaq inanılmaz xoş oldu. Biz onun mənzilini axtaranda bir gənc dedi ki, elə ora gedir. Nəvəsi zənn edib düşdük arxasınca. Qapıya çatanda məlum oldu ki, Natiq kişinin qonşuları onun hər ehtiyacını təmənnasız qarşılayır. Beləliklə, həmin gənc çörək və qatığı Natiq kişiyə təhvil verib bizi onunla baş-başa buraxdı. Natiq kişi ilə cəmi bir dəfə telefonla danışmışdıq. Sovqat boxçamızda olan məhsulları ona sadalayıb, başqa nəyə ehtiyacı olduğunu soruşmuşduq. O isə təkliyə işarə edib dedi ki, mədəsi yox, ürəyi sıxılır. Elə o zaman anlamışdıq ki, sözün qiymətini bilən bir natiqlə görüşümüz olacaq.
"Sözünü tutan insanları sevirəm", - deyə Natiq kişi söhbətə başladı. "Söz danışıqdan keçər axı..." - cavabını alan həmsöhbətimizin gözlərinin içi parıldadı. Xeyli söhbətləşəndən sonra getmək üçün icazə istədik. Sonda Natiq kişinin dediyi söz hələ də qulağımızda cingildəyir. Deyir ki, söz olduqca incə məhfumdur: yerə düşsə, qırılar.
Biz verdiyimiz sözü tutduq. İndi isə növbəti dəfə söz veririk: aksiyamız davamlı olacaq! Heç kimin gözü yolda qalmasın deyə, ən tez vaxtda yola düşəcəyik!
Sevgi ilə,
Yelo Bank ailəsi
Müştərilərin xəbərləri
Babəkdə "Group Motors” satış və servis mərkəzi açıldı - Burada Mazda, Mitsubishi, Ford və Subaru modelləri satılacaq
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 19 d. əvvəl
-
- 43 d. əvvəl
- 47 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
15 saat əvvəl
ABŞ və Ermənistan “Tramp marşrutu”nun reallaşdırılması üçün birgə işçi qrupu yaradıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
ABB UNEC-lə birgə “Data və süni intellekt sertifikasiya proqramı”nı təqdim etdi
-
16 saat əvvəl
ABŞ-ın iri bankı yeni proqnozlarını açıqlayıb: qızıl, neft, səhm bazarı…
-
16 saat əvvəl
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
BİRMARKET-də ŞOOOK Cümə!
Rəsmi məzənnələr açıqlandı
Fabrik avadanlıqları satışa çıxarılıb
İri bank: Türkiyə Lirəsi 2026-cı ildə 30% ucuzlaşacaq - 2027-ci ildə dollar 57 lirə olacaq
5 bankda 9 aylıq mənfəət vergisi ödəmələri 10 milyon manatdan çoxdur
Avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib
Azərbaycanın xaricə pomidor satışından gəliri açıqlanıb
Bu il Azərbaycana 1,8 milyard dollarlıq avtomobil idxal olunub












.jpg)










