Dizel mühərrikli Touareg-in xüsusi şərtlərlə satışına başlandı - QİYMƏT
Volkswagen Bakı Mərkəzi ilk dəfə dizel mühərrikli Volkswagen Touareg modelinin xüsusi şərtlərlə satışını həyata keçirir.(®️) Dizel mühərrikli Volkswagen Touareg-in premium seqmentə aid olması ilə yanaşı, həm qənaətli olması, həm də müasir ekoloji tələblərə cavab verməsi onun böyük üstünlüyüdür. Bundan əlavə avtomobil çox ciddi göstəriciləri ilə premium seqment SUV avtomobillər arasında bütün rəqiblərindən irəlidədir.
Touareg xüsusi şərtlərlə yürüşdən asılı olmayaraq, tam zəmanətlə 135 min 200 manatdan başlayan qiymətlərlə təklif olunur.
Touareg-in 3 litr həcmli 6 silindirli turbo dizel mühərriki 249 at gücü hasil edə bilir. Avtomobilin dartı qüvvəsi isə inanılmaz 600Nm, benzin mühərrikli alternativindən 150 Nm artıqdır. Təəccüblü deyil ki, bu 5 metr uzunluqlu, 2 tonluq əjdaha 0-dan 100-ə cəmi 6.8 saniyəyə çatır. Yeni Touareg əvvəlkindən uzundur amma biraz daha alçaqdır. Öndə böyük barmaqlıqlar və bu maraqlı işıqlar diqqət çəkir. IQ light sistemli işıqların maraqlı xüsusiyyəti odur ki, işıqlar nə qədər güclü olsalar belə qarşıdan gələnin gözünə düşmürlər. Eyni zamanda döngələrə girərkən işıqlar təkərlərin döndüyü tərəfə dönür və yolunuzu tam aydınladır, bununla da qarşıdan gələn avtomobilləri daha tez görməyinizə imkan yaradır.
Almanların yaratdığı 3-cü nəsil Volkswagen Touareg-də ağıllı avtomobilə xas hər bir funksiya var. Avtomobilə böyük ölçülü yük qoymaq üçün yük yerini 4 sm aşağı endirmək mümkündür. Yolsuzluq şəraitində Touareg-in ağıllı amortizasiya sistemi onu 7 sm yuxarı qaldırır, habelə idman modunda maksimum yerə yaslanır və asqılar bərkiyir. İnteryeri isə analoqu olmayan innovasiyalar ilə doludur. Avtomobilə əyləşən kimi ilk diqqəti cəlb edən məqam 15 düym ölçülü ekrandır. Touareg-in bir çox xüsusiyyətlərini həm toxunaraq, həm də uzaqdan əl hərəkətləri ilə idarə etmək mümkündür. Zənglər, naviqasiya sistemi, 360 dərəcəli kamera, bluetooth, video və musiqi pleyeri, oturacaqların qızdırılması və kondisionerin də idarəsi bu panel üzərindən reallaşır. Sürət göstəricisinə gəldikdə isə qarşımıza 12 düym ölçülü ekran çıxır. Burada rəqəmsal formada çalışan sürət göstəricisi, avtomobilin servis vaxtı, yağ göstəricisi kimi məlumatlar öz əksini tapır.
Avtomobillə tanış olmaq, daha ətraflı məlumat almaq və sərfəli satış şərtləri barədə öyrənmək üçün şəhər telefonlarından *7788, mobil telefonlardan isə 055 5557788 ilə əlaqə saxlaya, habelə Volkswagen Bakı Mərkəzinin sosial şəbəkə səhifələrini izləyə və müraciət edə bilərsiniz.
https://www.facebook.com/VolkswagenAZ
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
9 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
16 saat əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
16 saat əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
18 saat əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
18 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























